Gəlmə kənd tam orta məktəbindən nümunəvi addım – VİDEO

1
50

Gelmə-kəndiUğurları ilə Azərbaycanın öncül məktəbləri sırasına adını şərəflə yazmış Mirzə Fətəli Axundov adına Zərdab rayonu Gəlmə kənd tam orta məktəbi daha bir addımı ilə digər təhsil ocaqlarımıza nümunə göstərib. www.zerdab.com saytına verilən məlumata görə, artıq xeyli müddətdir ki, bu orta məktəbdə tədris hər gün məhz Azərbaycanın dövlət himninin oxunması ilə başlanır. Artıq şagirdlər də buna öyrəşiblər. Bu barədə www.zerdab.com saytına göndərilmiş videonu oxucularımıza təqdim edirik. Ümid edirik ki, Gəlmə kənd tam orta məktəbindəki bu xoş ənənə digər məktəblərimiz üçün də nümunə rolunu oynayacaq.

www.zerdab.com

1 comment

  1. Çox gözəl görüntüdür..Öz uşaqlığım yadıma düşdü..Bütün kollektivi, xüsusən də Gülağa müəllimi təbrik edirik uğurlara görə..

Comments are closed.