“Əməkdar müəllim”, həmyerlimiz Püstə Rəhimova

0
47

Rəhimova Püstə Nüsrət qızı 1926-cı ildə Zərdab rayonunda anadan olub. 1954-cü ildə Azərbaycan Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakultəsini bitirib. Zərdab şəhər 1 saylı orta məktəbdə müəllim, dərs hissə müdiri, direktor işləyib. Məktəb direktoru olduğu illərdə 18 şagirdi orta məktəbi qızıl və gümüş medalla bitirib. 1960-cı ildə respublika qadınlarının və Azərbaycan müəllimlərinin qurultayında iştirak edib. “Şərəf nişanı” ordeninə və “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 1961-ci ildən Zərdab rayon partiya komitəsinin II katibi işləyib. 1963-1966-cı illərdə rayon qadınlar şurasının sədri, 30 il rayon sovetinin deputatı olub.

Rəhimova Püstə Nüsrət qızı 1994-cü ildə Zərdab şəhərində vəfat edib. Allah rəhmət eləsin.