Zərdabda bitən nadir bitki – Suzanbağı

3
200

zerdab su zanbagiNadir bitki növü sayılan suzanbağı Azərbaycanın cəmi 2 bölgəsində – Zərdab rayonunun Qarasu çayı sahəsində və Lənkəran rayonu yaxınlığında Mostso gölünün şimal hissəsində bitir. www.zerdab.com saytı bu bitki ilə bağlı məlumatı oxucuların diqqətinə çatdırır.
Status: Nadir bitki növüdür.
Yayılması: Zərdab rayonu Qarasu çayı sahəsində və Lənkəran rayonu yaxınlığında Mortso gölünün şimal hissəsində. Azərbaycandan kənarda  – Skandinaviya, Atlantik və Orta Avropa, Aralıq dənizi, Balkan yarımadasıvə Kiçik Asiya.
Bitdiyi yer. Durğun şirin su (kiçik göllər) və zəif axarlı su sahələrində.
Az halda sıx pöhrəlik əmələ gətirir, bəzi su tutarlarında tamamilə itmişdir.
Çoxalması: Toxumla və kökümsovu vasitəsilə.
Ehtiyatının dəyişilmə səbəbləri: Bitdiyi yerlərdə hidroloji rejimin dəyişməsi (göllərin qurudulması, Kür suyunun suvarma üçün istifadəsi) və çiçəyinin yığılması.
Becərilməsi: Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Botanika bağında (Bakı) becərilir.
Qəbul edilmiş qorunma tədbirləri: Qızılağac qoruğunda mühafizə olunur.
Zəruri qorunma tədbirləri: Bitdiyi yerin tam mühafizəsi, Kür su tutarlarının şirin su ilə doldurulması, Kiçik Qızılağac körfəzinin qoruq elan edilməsi.
Məlumat mənbələri: Azərbaycan SSR-in Qırmızı kitabı, 1989-cu il.

3 ŞƏRH

Comments are closed.