Zərdab Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı ilə bağlı tədbir

1
34

Xocalı

Zərdab Rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Xocalı faciəsinin qurbanları ilə bərabər torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu bir  dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçıları faciəni əks etdirən “Xocalı – zamanın silə bilmədiyi yaddaş” adlı foto-sərgi ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq Xocalı faciəsi və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat vermiş, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd etmişdir.

Mərkəzin əməkdaşı Gülər Məmmədova “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir” adlı məruzə ilə çıxış etmişdir.

Sonda rayon 2 saylı körpələr evi uşaq bağçasının böyük qrup uşaqlarının hazırladıqları kompozisiya tədbir iştirakçılarına təqdim edilmişdir.

  Zərdab Rayon İcra Hakimiyyəti

1 comment

  1. Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir yurd, isti ocaq idi Xocalı.Qucağında, qundağında körpəsi döğulan, yurd-yuvası dağılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən ağbirçək bir ana idi Xocalı!Çox hörmətli Könül xanım Xocalı soyqırımının ildönümünə dair keçirilən silsilə tədbirlərə qoşulduğnuza görə sizə və kolektivinizə çox-çox təşəkkürlər edirik və öz dərin minnətdarlığımızı bildiririk.

Comments are closed.