Zərdab sakini Rusiyada qətlə yetirildi – FOTO

4
29
Asim Əhədov
Ürək nahiyəsindən bıçaqlanan Asim Əhədov Voloqda xəstəxanaya yerləşdirilsə də bir neçə saat sonra dünyasını dəyişib.

Zərdab rayonunun Pərvanlı kənd sakini Rusiyada qətlə yetirilib. Bu barədə Zerdab.com saytına Rusiyada yaşayan soydaşlarımız məlumat veriblər. Bildirilib ki, hadisə avqust ayının 5-də Voloq şəhərində baş verib. Belə ki, ürək nahiyəsindən bıçaqlanan kənd sakini Asim Əhədov Voloqda xəstəxanaya yerləşdirilsə də bir neçə saat sonra dünyasını dəyişib. Hadisəni konkret kimin törətdiyi dəqiqləşməsə də Zerdab.com saytı hadisə ilə bağlı ilkin məlumatlar əldə edib. Belə ki, ilkin iddialara görə, hadisə zamanı Asim Əhədov tək olmayıb. Kənd sakinlərinin bildirdiyinə görə, hadisə baş verən gün əmisi oğlu Şükür zəng vurub onu Voloq şəhərindəki kafelərdən birinə dəvət edib. Məqsəd kim olduqları hələ ki, məlum olmayan şəxslərlə aralarında yaranmış anlaşılmazlığı aydınlaşdırmaq olub. Lakin tərəflər arasında müzakirə sonradan davaya çevrilib və qarşı tərəf həm Asimi, həm də onun əmisi oğlunu bıçaqlayıb. Lakin Asimin ürəyindən aldığı bıçaq yarası dərin olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Onun əmisi oğlu isə hazırda xəstəxanadadır və vəziyyətinin ağır olduğu bildirilir.

Asim Əhədovun cəsədi dünən doğulduğu Pərvanlıya gətirilib və kənd qəbiristanlığında dəfn olunub. Mərhumun 1 qız övladı var idi. Asim Əhədov 1 il 8 ay imiş ki, evdən çıxıb qazanc dalınca Rusiyaya gedibmiş.

Zerdab.com

4 ŞƏRH

Comments are closed.