“Tərəqqi” medallı müəlliməmiz: Cavahir İsmayılova

0
50

İsmayılova Cavahir Əlabbas qızı 1955-ci ildə Zərdab rayonunun Salahlı kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Zərdab şəhərindəki 3 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir. Azərbaycan qadınlarının və Azərbaycan müəllimlərinin qurultaylarının iştirakçısı olub. “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edib.