Filologiya elmləri doktoru, həmyerlimiz Baba Babayev

0
110

 

Baba Babayev
Babayev Baba Maqsud oğlu

Babayev Baba Maqsud oğlu 1952-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. Gəncə Dövlət Pedoqoji İnstitutunu bitirib. 1973-cü ildən Məmmədqasımlı kənd orta məktəbində müəllim işləyib. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olub. 1990-cı ildə “Abdulla Şaiqin bədii nəsri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmlər namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunda kabinet müdiri, dosent və prorektor vəzifələrində çalışıb. “Qabaqcıl maarif xadimi” adına layiq görülmüşdür. 4 monoqrafiyanın, 3 kitabın, 200-dən çox elmi-pedoqoji, siyasi məqalənin müəllifidir. Hazırda Zərdab rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır.