Həsən bəy Zərdabinin şəcərəsini araşdıran müəllifdən cavab

2
60

Həsən bəy ZərdabiKənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas Eldəniz Həsənov Həsən bəy Zərdabinin şəcərəsi ilə bağlı Zerdab.com saytında yayılan məktublara cavab verib. Zerdab.com saytı olaraq həmin cavabı da olduğu kimi yayımlamağı özümüzə borc bilirik:

“Hənifə xanım, Cəmil bəy Sizə salamlarımı yetirirəm!
Xatırlatmaq istəyirəm ki, “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitab çapa gedənədək Zerdab.com saytı vasitəsilə Zərdabi irsi ilə məşğul olan Zərdabisevərlərə, Zərdabişünaslara, Zərdabi nəslinin nümayəndələrinə tərəfimdən müraciət olunmuşdur ki, əgər bu mövzu ilə bağlı bilgiləriniz və yaxud da hansısa iradlarınız varsa, bu sayt vasitəsilə bildirəsiniz.
Narahatçılığa lüzum yoxdur. Hər bir kəs tərəfindən bildirilən iradlara, məlumatlara tərəfimdən çox diqqətlə yanaşılaraq bir daha araşdırmalar, dürüstləşmələr aparılır, uyğunsuzluqlar, yanlışlıqlar aradan qaldırılır. Elə hesab etməyin ki, məlumatlar saytda əks olunan kimi qalmışdır.
Oki qaldı müəllifə qarşı “hələ ki, xahiş edirəm”, “mən də belə bir kitabın yazıldığını eşidəndə çox sevindim… Fikirləşdim ki, yeni nə isə öyrənəcəyik. Mən də başqaları kimi nazakət xatirinə müəllifi tərifləyib, təşəkkür edə bilərdim. Etdim də. Amma sonra gördüm ki, yanılmışam…” və s. ifadələrinizə görə çox sağ olun!
Sonda isə tələbləri nəzərə alaraq bu məktubları yayımlamaq məcburiyyətində qaldığınızı bildirirsiniz.
Yenə təkrar olaraq diqqətinizə çatdırıram ki, narahat olmaya bilərsiniz. Həsən bəy Zərdabi nəslinin çoxşaxəli şəcərəsi, onun nəslinin geniş qohumluq əlaqələri olması ulularından tutmuş müasir dövrə qədər kitabda şəcərə ardıcıllığı ilə öz əksini tapmış və mən bu yolda gecəli-gündüzlü zəhmətimin bəhrəsini monoqrafiyam işıq üzü görən zaman İnşallah özümdə rahatlıq tapacaq və bununla Zərdabinin, onun ulularının, övladlarının ruhu şad olacaq.
Müəllifə olan münasibətinizə görə çox sağ olun!”

2 ŞƏRH

  1. salam, Eldəniz müallim! men qeydlərimin əvvəlində Sizə minnətdarlığımı bildirmişəm və tarixi materiallarin toplanmasının nə qədər çətin iş oldugunu da təsəvvür edirəm. Sizə tutduğunuz yolda ugurlar diləyir və monoqrafiyanızın tezliklə işıq üzü görməsini arzulayıram. O ki qaldı, mənim “hələ ki, xahiş edirəm” sozlərimə görə “sevinməyinizə”… Birincisi bu söz təkcə Sizə ünvanlanmamışdı. O sırada saytın admini də vardı, mənim çox hörmət etdiyim əziz dostum Nicat da vardır. Sayt rəhbərliy saytdakı yazıya iradların müllifin fikri oldugunu və tezliklə buna muallifin fikir bildirəcəyini bildirmişdilər və məncə də onlar haqlıdırlar. Bu gün Sizin də fikrinizi oxudum. Amma menim isteyim Cəmilə xanım baradə gedən abzasın saytdakı yazıdan götürülməsidir. Bunu bu gun səhər Sizin və mənim cox hörmət etdiyimiz dəyərli ziaylımız və ortaq dostumuza da bildirmişəm. Məncə Sizin razılığınızla sayt rəybərliyi bunu asanlıqla edə bilər.
    O ki, qaldı dəqiqləşməyə, məncə bunu yazı sayt getməmiş də etmək olardı. Bele ki, Sizin bəzi məqamlarda istinad etdiyiniz Sara xalanın adını və ünvanını bizim ortaq dostumuza mən vermişəm və təkrar bir telefon zəngi ilə dəqiqləşmə aparmaq olardı.
    Sonda, itemezim ki, menim 3 kəlmə sözum Sizin tərəfinizdən əməyinizə verilən qiymət kimi səslənsin və bununla mənim Sizin əməyinizi aşalamağımı fikirləşəsiniz. bu heç də bele deyil. Mən cadəcə, nənəmə və onun anasına qarşı qeyri dəqiqliyin aradna qaldırlmasını , babamım hansısa bir oglan kimi deyil Xanlar beyin oğlu kimi göstərilməsini , əmimin adının düzgün yazılmasını xahiş etmişəm. Bu xahişim də qüvvəsində qalır. Bunu saytda kim edəcək-Sizmi, saytın rəhbərliyimi- mənim üçün az fərq edər. Qeyd etdiyim abzasın saytdan götürülməsi xahişim quvvəsində qalır və əminəm ki, bu tezliklə ediləcəkdir. Bir daha saytın bütün əməkdaşlarına , Sizə öz hörmətimi bildirir, işlərinizdə uğurlar arzulayıram.

  2. Salam,Eldeniz muellim!Menim sozlerim sizi incidibse cox uzr isdiyirem.Fikrimi cox sert ifade etmishem,bilirem.Amma buna sebeblerim var………Men oz elavelerimi bildirmishem.Amma siz deyirsiniz ki, men duz demirem.Yaxshisini bibim bilir, ondan sorush.Ondan sorushuram ,deyir sen duz deyirsen.Ele men de sen dediyin kimi demishem her sheyi.Bilmirem kime inanim. Her halda bizim ailemizden yazirsinizsa bu ailenin hec olmazsa bir uzvunu dinlemelisiniz.Sizinle elage gurmaga calishiram.Amma alinmir.Bunu ya siz isdemirsiniz,ya da ….Eger isdeseniz men bildiklerimi sizinle bolushmeye haziram.Bir de onu deyim ki men bezi elavelerimi yazanda Serxan Isayev (bibim oglu) mene cavab yazmishdi.Yegin menim de ona cavabimi oxumusunuz.Onu da oyrendim,,Deyir bunlari men yazmamisham,,????Men isdemiremgohumlarimla munasibetim pisleshsin.Ne ise….. Size ugurlar arzulayiram.

Comments are closed.