Qardı yağan əlcə-əlcə,
Uzananda zülmət gecə,
Mən yadına düşürəmmi?
***
Çöllərə duman gələndə,
Xar, gülün bağrın dələndə,
Bülbül qəhərdən öləndə,
Mən yadına düşürəmmi?
***
Karvan yola düzüləndə,
Gözündən yaş süzüləndə,
Əlin eldən üzüləndə,
Mən yadına düşürəmmi?
***
Yar sevənlər yar alanda,
Heyva bağda saralanda,
Baxıb, qanın qaralanda,
Mən yadına düşürəmmi?
***
Körpən səni oyadanda,
Al yumurta boyadanda,
Qaranquşlar qayıdanda,
Mən yadına düşürəmmi?
***
Çəmən çiçək qoxuyanda,
Kəklik qəmdən oxuyanda,
Nənən corab toxuyanda,
Mən yadına düşürəmmi?
***
Durnalar uçub gələndə,
Qürbətdən köçüb gələndə,
Bir qərib vaxtsız öləndə,
Mən yadına düşürəmmi?
***
Qəlbin həsrətdən donanda,
Sağsağan yola qonanda,
Bir gözəl əhdin dananda,
Mən yadına düşürəmmi?
***
Dərddən belin büküləndə,
Yerinə qor töküləndə,
Yuxun ərşə çəkiləndə,
Mən yadına düşürəmmi?
***
Bağlar bardan əyiləndə,
Nübar moruq yeyiləndə,
İsaməddin deyiləndə,
Mən yadına düşürəmmi?
İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.
Hörmətli İsaməddin müəllim Sizin bütün şerlərinizi oxuyuruq, bu şerinizi də oxuduq çox xoşumuza gəldi. Bundan sonra da yeni şerlərinizi gözləyirik.
Əziz redaktorumuz,her şeiriniz kimi bu şeiriniz də cox gözəldir!
ureyime qem dusende
insan dunyadan kocende
heyatin kule donende
men yadina dusuremmi
yaz yenede gelende
gul ciceker acanda
denize sen baxanda
men yadina dusuremmi
sevdikerini sen itiende
qelbinde feryat qoparanda
heyatin ceheneme donende
men yadina dusuremmi
laleler nergizler acanda
cesmeden su goturende
qizlar gelin kocende
men yadina dusuremmi
sizin seirinizi oxuyandacox xosuma geldi sizin yazdiqiniz kimi olmasada istedim ona uygun mende yazam
XOŞ SÖZLƏRƏ GÖRƏ HAMINIZA QƏLBDOLUSU TƏŞƏKKÜRLƏRİMİ ÇATDIRIRAM.ÇOX SAĞ OLUN! ALLAH HAMİNİZİ BÜTÜN ARZULARİNİZA QOVUŞDURSUN İNŞALLAH! NİCAT BƏYƏ DƏ SONSUZ TƏŞƏKKÜRLƏR Kİ, bu saytı yaradıb və yaşadır, inşallah, həmişə də yaşadacaq…
Comments are closed.