MƏHƏBBƏT LAÇINSIZ KÖÇDÜ DÜNYADAN

2
57

MƏHƏBBƏTO bülbül cəh-cəhli, o xoş avazlı,

O Vətən həsrətli, ürəyidağlı,

Ömür-gün yaşadı qaralı-ağlı.

Ona qan ağlayır şikəstə, muğam,

Məhəbbət Laçınsız köçdü dünyadan.

 ***

Kim oxuyacaqdı “Laçınım mənim”,

Onsuz darıxacaq “İlk məhəbbətim” ,

Qaldı “Bəstə nigar”, ay Allah yetim!

Onu əvəz edən tapaq haradan?!

Məhəbbət Laçınsız köçdü dünyadan.

 ***

Neçə ildi işğal olub məskənin,

Hər kəsin qəlbində yerin var sənin,

Ürəyim yaradır, səsin məlhəmim.

Bir bülbül didərgin düşüb yuvadan,

Məhəbbət Laçınsız köçdü dünyadan.

 ***

Ağlar qoydun gülər üzlərimizi,

Düçar etdin qəmə, kədərə bizi,

Silinməz mugamdan Məhəbbət izi,

Vəzir Bəlalı da deyir ucadan:

 – Məhəbbət Laçınsız köçdü dünyadan.

 

 VƏZİR BƏLALI (ZƏRDAB)

(Qızıl qələm mükafatçısı)

2 ŞƏRH

  1. Allah rehmet eylesin.Heqiqeten de tekrarolunmaz sesi avazi varidi.Mekani cennet olsun

Comments are closed.