Otmanoba kəndi

0
128

Zərdabla Kürdəmirin sərhəddində yerləşən Otmanoba kəndi rayon mərkəzindən 27 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Sakinlərin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, meyvəçilik və sairədir. Otmanoba kəndində İcra Nümayəndəliyi, bələdiyyə, məktəb, klub, kitabxana məscid, xidmət obyektləri və s. var. Kəndin adının mənası ilə bağlı müxtəlif versiyalar var. Belə ki, bir çox araşdırmaçılar Otman sözünün Osman sözünün dəyişikliyə uğramış forması olduğunu iddia edirlər. Digər alimlər isə Otman sözünün od çıxan yer mənasını verdiyini iddia edirlər. Oba sözü isə məlum olduğu kimi, el, yurd mənasında işlənilir. Maraqlıdır ki, bəzi tarixi sənədlərdə bu kəndin adı Otmanavalı kimi göstərilir və qeyd olunur ki, XIX əsrin axırlarında burada 67 evdə 310 ailə yaşayıb.

Ərazisi 1555,74 hektar
Əhalisi 751 nəfər

www.zerdab.com