BDU-nun professoru, həmyerlimiz İsmayıl Məmmədov

2
244

Tarix elmləri doktoru, professor Məmmədov İsmayıl Məhəmməd oğlu 1950-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1976-1979-cu illərdə aspiranturada oxuyub. 1980-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində müəllim vəzifəsində çalışır. Hazırda “Türk və Qafqaz xalqları tarixi” kafedrasının professorudur.
Təhsilin bakalavr pilləsində “Türk xalqlaırı tarixi” fənnini tədris edir. Magistratura pilləsində “Türk dünyasi tarixi” ixtisası üzrə “Hunlar” mövzusunda dərs aparır. 1983-cü ildə tarix elmləri namizədi, 1992-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi alıb, 1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur.
1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin, 3 metodik vəsaitin, 70-dən çox məqalənin müəllifidir.
Əsas tədqiqat sahəsi “Qədim dövrdə və orta əsrlərdə türk xalqlarının dövlətçilik tarixi”dir.

2 ŞƏRH

Comments are closed.