“Əkinçi”nin hər sayını sevə-sevə oxuyurlar

46
70
Əkinçi qəzeti

Əkinçi qəzetiGörkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim, Azərbaycan milli teatrının və milli mətbuatının banisi Həsən bəy Zərdabi 22 iyul 1875 – 29 sentyabr 1877-ci illərdə “Əkinçi” qəzetinin nəşrinə nail olmaqla xalqına ən dəyərli xidmətlərindən birincisini etmiş oldu. Azərbaycanın ilk parlamentinin sədri, böyük dövlət xadimi, görkəmli jurnalist, “Kaspi” qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşov yazırdı: “Əkinçi” Zərdabinin ucaltmış olduğu xilasedici bir mayakdır, şücaət və qəhrəmanlıqdır”. Nə yazıq ki, min bir əziyyətlə ərsəyə gələn bu xilasedici mayak cəmi 27 ay yaşadı: 2il, 3 ay. Bu müddətdə bəzi uşaqlar heç dil açmır. Amma bu az vaxtda “Əkinçi” nəinki öz dövründə minlərlə uşağa, böyüyə, vətəndaşa dil öyrətdi, həmçinin necə danışmağı, necə sadə, mənalı, hikmətli yazmağın nümunəsini göstərdi. Deyirlər öz tarixinə qayğı ilə yanaşmaq vətənpərvərliyin əsas xüsusiyyətidir. Bu gün “Əkinçi”nin mənəvi dəyərlərini, onun adını yaşatmağı, bu xilasedici mayağın qüdrətindən güc almağı peşə taleyimiz bizə də nəsib etdi. Həsən bəy Zərdabinin doğulduğu torpaqda, dahi həmyerlimizin nəşr etdirdiyi eyni adlı qəzetdə çalışmaq, indi də öz aktuallığını saxlayan bir çox işıqlı ideyalarını fəaliyyətdə əsas götürmək Zərdabda çıxan “Əkinçi”nin yaradıcı kollektivi üçün ümdə vəzifə oldu. İlk milli qəzetimizin adını bu gün də uca tutmaq, onun ənənələrini davam etdirmək və “Əkinçi”nin adına layiq yüksək ideyalı, sadə və hikmətli yazılar hazırlamaq üçün  ikiqat məsuliyyət hiss edirik. Qəzetdə rayonun ictimai, siyasi, mədəni həyatını oxuculara hərtərəfli çatdırmaqdan ötrü  potensial imkanlardan bacarıqla yararlana bilirik. Elə buna görə də həftədə 1 dəfə çıxan qəzetimiz həm də ətrafına kənar müəlliflər toplaya bilib. Belə kənar müəlliflər, redaksiyamızla daim əlaqə saxlayan yazarlarımız onlarladır. Lakin bu yaxşıların sırasında daha yaxşılar da var. Onlar doğma “Əkinçi”yə xoş münasibətlərinə görə xüsusi diqqətə layiqdirlər. Həmin doğma münasibəti nəzərə alsaq onda aydın görərik ki, peşə bayramımız ərəfəsində – milli jurnalistika gününün sevincindən onlara da xüsusi pay düşür. Həmin əziz insanları sevimli Zerdab.com-un izləyicilərinə təqdim edirik.

Vəfa Bayramova
Həsən Bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

1. H.B. Zərdabi muzeyinin direktoru –Vəfa Bayramova. Vəfa xanım qəzetimizin ən fəal oxucusu olmaqla yanaşı, həm də Həsən bəy Zərdabi irsi, onun cəfakeş ömür-gün yoldaşı Hənifə xanım Abayeva-Məlikova, övladları Pəri xanım Məlikova, Midhət bəy Məlikov, Səffət bəy Məlikov, Qəribsoltan xanım Məlikova haqqında ən maraqlı yazılarla çıxış edir. Rəhbərlik etdiyi muzey kollektivi ilə birgə tez-tez dahi həmyerlimizin tarixi xidmətlərini xatırladan tədbirlər keçirir.

Gülxanım Vəliyeva
Zərdab Rayon MKS 39 saylı şəhər kitabxana filialının kitabxanaçısı Gülxanım Vəliyeva

2. Rayon MKS 39 saylı şəhər kitabxana filialının kitabxanaçısı Gülxanım Vəliyeva. Kitabxanaçı xanım “Əkinçi”nin hər sayına qarşı çox diqqətlidir. Nömrələrimizi ardıcıllıqla yığaraq öz oxucuları arasında qəzetimizi geniş təbliğ edir. Müxbirlərimizin yazılarını sevə-sevə oxuyur. Hər müxbirin yaradıcılığı haqqında onun öz qeydləri var.

Mübariz Səfiyaroğlu (Ömərov)
Əlibəyli kənd sakini, mədəniyyət işçisi Mübariz Səfiyaroğlu

3. Mübariz Səfiyaroğlu (Ömərov). Zərdablı oxucular arasında rayon qəzetinin kənar müəlliflərindən söz düşdümü, ilk olaraq Mübariz Səfiyaroğlunun imzası xatırlanır. Əlibəyli kənd sakini, mədəniyyət işçisi M.Səfiyaroğlu bütün mövzularda öz qələmini sınayıb. O, həm də həvəskar şairdir.

Aqil Xəlilov
Aqil Xəlilov – RİTM-C kompyuter kursunda müəllim

4. Aqil Xəlilov-“RİTM-C” kompyuter kursunda müəllim. Bakı Dövlət Universiteti mexanika riyaziyyat fakültəsinin gənc məzunu A.Xəlilov Respublika Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin intellektual inkişafına dəstək” layihəsi çərçivəsində şəhərimizdəki “Hədəf” kursunda təlim kurslarını yenicə başa çatdırmışdır. Ümumiyyətlə, Gənclər Fondunun dəstəyi ilə fərdi şəxs Xəlilov Aqil Malik oğlunun həyata keçirdiyi istənilən layihədə əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq və şagirdlərin orta məktəblərdə qazanmış biliklərini qabaqcıl texnologiyaların tətbiqi ilə inkişaf etdirməkdir. Gənc müəllim kompyuter kursunda www.ritmtest.com səhifəsi yaratmışdır. Bu online imtahan səhifəsinin köməyi ilə gənclər intellektual səviyyələrini, dünyagörüşlərini artırır və biliklərini qabaqcıl texnologiyanın tətbiqi ilə inkişaf etdirirlər. “Əkinçi” qəzeti ilə eyni mərtəbədə yerləşən “RİTM-C” kompyuter kursuna gələnlər “Əkinçi” qəzetinin hər nömrəsi ilə yaxından tanış olurlar.

Samir Məmmədov
Samir Məmmədov – Siz onu Zerdab.com saytından istedadlı fotoqraf kimi tanıyırsınız.

5. Samir Məmmədov – Siz onu sevimli Zerdab.com saytından istedadlı bir fotoqraf kimi də tanıyırsınız. Rayon uşaq incəsənət məktəbində musiqi müəllimi kimi fəaliyyət göstərən gənc oxucumuz “Əkinçi”nin hər nömrəsi ilə yaxından maraqlanır, burada dərc olunan yazılar, verilmiş fotoşəkillər haqqında öz obyektiv fikirlərini bizimlə bölüşür.

Biz də öz növbəmizdə qəzetimizin belə fəal oxucularını qarşıdan gələn əziz bayramımız -22 iyul milli jurnalistika günü münasibəti ilə ürəkdən təbrik edərək onlara olan gözəl münasibətimizi Azərbaycanda ilk peşəkar region saytı -Həsən bəy Zərdabi ideyalarını ləyaqətlə təmsil edən sevimli Zerdab.com oxucuları ilə bölüşmək qərarına gəldik.

BAYRAMIMIZ VƏ BAYRAMINIZ MÜBARƏK!

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

46 ŞƏRH

  1. Çox sağ ol, hörmətli Tərlan xanım:Diqqətinizə görə təşəkkür edirəm. Təvazükarlıqdan uzaq olsa da, demək istəyirəm ki, mən həqiqətən də doğma “Əkinçi”mizin hər nömrəsini sevə-sevə oxuyuram və həmin nömrələri yığıram. Məni də fəal oxucularınız qrupuna daxil etməyiniz mənim üçün doğurdan da xoş surpriz oldu. Hazırladığınız bu materialda adımı xüsusi qeyd etdiyimizə görə sizə və Zərdab.com saytında yayımladığına görə çox hörmətli Nicat bəyə ürəkdən minnətdarlıq edirəm. Qarşıdan gələn 22 iyul Milli Mətbuat və Jurnalistika gününüz mübarək olsun.

  2. Gulxanim xanim seni bir kitabxanaci kimi cox sevirik Ekinci qezetine maragini alqiwdayiriq

  3. Terlan xanim yazdiginiz meqaleleri cox boyuk maraqla oxuyuruq ve size derin tewekkurumuzu bildiririk

  4. Rayonumuzun siması olan “Əkinci”qəzeti bizim necə deyərlər baş tacımızdır.Onun hər bir sayını səbirsizliklə gözləyirik.Hər nömrəsini göz bəbəyimiz kimi qoruyub saxlayırıq.Təəbiki,bu qəzet asanlıqla işiq üzü görmür.Burda necə necə insanın alın təri var.Allah onlardan razı olsun.Qarşıdan Milli mətbuat günü gəlir.Mən öz adımdan başda qəzetin redaktoru gözəl insan,güclü qələm sahibi İsaməddin müəllim olmaqla bütün redaksiya heyyətini mətbuat günü münasibətiylə təbrik erirəm.Onlara can saglıgı,işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayiram.
    Ömrünü bu yolda şam kimi əridən,hər yazısı ilə insanlarda ruh yüksəkliyi yaradan Tərlan xanıma xüsusi təşəkkürlər.Bayramıniz mübarək əziz jurnalistlər.Gözünüz, könlünüz,sevgiylə dolu,qələminiz iti olsun.

  5. Cox hormetli Terlan xanim, her vaxtiniz xeyir olsun:Ekinci qezetini hansisa saytdan oxumaq imkanimiz var?Zehmet olmazsa yazin.Cox oxumaq isterdim.

  6. Əkinçi qəzetini daima oxuyuram .Onun ərsəyə gəlməsində əməyi olan butün kollektivə öz teşekkürümü bildirirem.Xususəndə qəzetin redaktoru gözəl insan İsaməddin müəlimə təşəkkürümü bildirirəm.Siravi insanların dostu olan Tərlan xanıma xususi təşəkkürlərimizi çatdırıram.Milli mətbuat günü münasibəti ilə hamınızı təbrik edirəm.

  7. Canım Aise Hatun , Sizi ürəkdən salamlayıram ! İmzanızı görmək mənim üçün bayramdır . Yazarlara gözəl enerji verən dəyərli fikirləriniz məni də çox ruhlandırıb . Fürsətdən istifadə edərək Sizi bu mübarək Ramazan günləri münasibətilə təbrik edirəm. Əziz Hatun , doğma ” Əkinçi ” qəzetini məncə hələlik heç bir saytdan oxumaq olmur .İnşallah , gələcək üçün ola bilər.
    Bu gözəl günlərdə Sizə bol-bol sevinc arzulayıram.

  8. Inanin, yazdiqlarinizi oxuduqca gozlerim doldu.Allah sizden razi olsun,konlunuze huzur nesib etsin.Mende oz novbemde bu gozel ayin gelisi ucun sizi tebrik edirem.Sizin yazdiqlarinizi oxuyuram inanin deyerli meqalelerinize serh yazmaga qorxuram.Neden bilirsinizmi?Sizin yazilarinizin yaninda ciliz goruner deye.Allahdan size is avandligi,gozel movzular ve birde en esasi bol-bol oxucu kutlesi arzulayiram.Insallah gun geler internet vasitesile ekinci qezetini oxumaq xosbextliyi bize de nesib olar.Men buna cox inaniram.Ugur daim sizinle olsun.Basda hormetli Isameddin muellim olmaqla butun kollektivinizi qarsidan gelen bayraminiz munasibetile tebrik edirik.Ugur elinizi,semimiyyet qelbinizi,gozel sozler dilinizi,yaxsi sirdas sizi hec zaman buraxmasin.

  9. Çox lütfükarsınız , Mübarək Ramazan ayı qəlbinizin mərhəmət duyğularını çox gözəl dilləndirir . Allah Sizi qorusun , saxlasın və bütün bəlalardan hifz etsin . Amin ,İnşəallah !

  10. Qarşıdan gələn Milli Mətbuat və Jurnalistika günü münasibətilə “Əkinçi”nin yaradıcı kollektivini və xüsusilə Tərlan xanımı ürəkdən təbrik edirəm.Hər birinizə gələcək əmək fəaliyyətində uğurlar , müvəfəqiyyətlər arzu edirəm.”Əkinçi” qəzetini hər zaman oxuyan oxuculara da təşəkkürlıər.

  11. Mən də Jurnalistləri təbrik edirəm.Hər zaman Əməyinizi qiymətləndirirəm.

  12. Gülxanım Vəliyevanı aktiv və cəsarətli cıxışlarını izləyir və alqışlayırıq!Arzulayırıq ki,bütün kitabxanaçılarımız Gülxanım xanım kimi fəal olsunlar!

  13. Mətbuat günü münsibətilə Tərlan xanımıın simasında bütün jurnalistləri təbrik edirəm.Gülxanım xanım haqqında yazılanların hamısı doğrudur.Mən onu fəal kitabxanaçı kimi tanıyıram.Şəxsən mən onun tədbirlərində iştirak edirəm.

  14. Əkincinin bütün yaradcı heyyətini təbrik edirəm.Onlara can saglıgı,yaradıcılıq ugurları arzulayiram.Arzu edirəm ki,qəzetimiz bundan sonrada oxunaqlı,sevilən olsun.Bütün idarələrdə işləyən işcilərin yaxın dostu olan rayonumuzun gözəl qələm sahibi Tərlan xanımı da təbrik edirəm.İçiniz avand olsun.

  15. Qarşıdan gələn Milli Mətbuat və Jurnalistika günü münasibətilə “Əkinci”nin yaradıcı kollektivini ürəkdən təbrik edirəm.Gülxanım xanımın “Əkincı” qəzetinə maraqını alqışdayıram.

  16. Metbuat gunu munasibeti ile Əkinçi-nin əməkdaşlarını tebrik edirəm.
    Gülxanim xanıma geldikde ise cox calişqan bir işçi kimi taniyiram.kecirdiyi butun tedbirlerde iştirak etmışem. Ona yeni yeni ugurlar arzu edirem.

  17. Mətbuat günü münasibətilə məndə bütün Jurnalistləri təbrik edirəm.Tərlan xanımada təşəkkür edirəm.Həqqiqətəndə Gülxanım xanım “Əkinci” qəzetin sevə-sevə oxuyur.Və onu alqışlayıram.

  18. Cox deyerli metbuat iscileri,sizin her birinizi zerdab.com saytinin vasiteciliyi ile qarsidan gelen “Milli metbuat ve jurnalistika”gunu munasibetile semimi qelbden tebrik edirik.Vetenden uzaqda yasayan her bir azerbaycanli ailesinin sevimli qonagina cevrilen Zerdab.com saytinin basda rehberlik olmaqla her bir uzvunu ayriliqda tebrik edirik.Uca Allahdan butun yazarlarimiza can sagligi,sebr,gozel oxunaqli movzular,saysiz oxucu kutlesi ve birde en vacibi ailede xosbextlik arzulayiriq.Ugurlariniz bol bayramlariniz mubarek olsun.

  19. Mətbuat günü münasibəti ilə biz də bütün mətbuat işçilərini təbrik edirik.Gulxanım xanım heqiqeten də bizim feal kitabxanaçılarımızdandır.Onun ” Əkinçi” qəzetinə olan marağı təqdirə layiqdir.

  20. İsaməddin məllim başda olmaqla ” Əkinçi ” qəzetinin bütün əməkdadaşlarını mətbuat gümnü münasibəti ilə ürəkdən təbrik edirəm.Kitabxanamızın əməkdaşı Gülxanım xanımın ” Əkinçi ” qəzetinə olan marağınıda alqşlayırıq.

  21. Salam.Məndə jurnalistlərin bayramını təbrik eddirəm.Bu Gülxanım xanım kimdı?Bəyəm mətbuat işcisidi?Hamı onun adını cəkir.Heyif ki onu tanımıram.Mən də onunla tanış olmaq istəyirəm.

  22. Hər vaxtınız xeyirli olsun , hörmətli Ayşən Nuri! Jurnalistlərin qarşıdan gələn peşə bayramlarını təbrik etdiyiniz üçün “Əkinçi ” qəzetinin müxbiri olaraq mən öz adımdan Sizə təşəkkür edirəm. Sualınıza cavab olaraq bildirirəm ki , Gülxanım Vəliyeva doğma “Əkinçi ” qəzetimizin ən fəal oxucularından olduğu üçün mən bu məqaləmdə kitabxanaçı xanımın xüsusi xidmətlərini qeyd etmişəm. Qəzeti yaşadan həm də layiqli oxuculardır .

  23. Çox əziz Aise Hatun ! Təbriklərinizə görə Sizə ən səmimi təşəkkürlərimi bildirirəm. Mən də öz növbəmdə sevimli Zerdab.com-un başda çox dəyərli yazarımız Nicat bəy olmaqla bütün yaradıcı kollektivini qarşıdan gələn milli jurnalistika günü münasibəti ilə ürəkdən təbrik edirəm. Uğur həmişə sizinlə olsun !

  24. Cox eziz Terlan xanim!Diqqetinizden dolayi size cox derin tesekkurumu bildirirem.Heqiqeten bu gune qeder zerdab.com sayti da az zehmetlere qatlasmayib.Allaha cox sukurler olsun ki zehmetleri itmeyib.Gorulen hansisa bir emeye qiymet verilerse insanda bu isi davam etdirmek ucun heves artir.Insaalah cox ugurlara imza atacaqlar.Siz ozunuz, hormetli Isameddin muellim olmaqla cox serefli bir yolun davamcilarisiz.Ne az ne cox 139 il bundan evvel bunovresi qoyulan ilk defe nesr olunan “Ekinci”qezetinin bu gunku gunde de sizin zehmetinizin sayesinde isiq uzu gormesi cox tedqirelayiqdir.Men bu yolda daima serefle addimlamagi arzulayiram her birinize cox hormetli metbuat iscilerimiz.Ne yaxsi ki varsiniz.Allah her birinize sarsilmaz can sagligi nesib etsin ins-h.Zerdab.com saytinda danilmaz emeyi olan Nicat muellimin emeyini cox tez-tez deyerlendirirsiniz.Bu uzden size xususi tesekkurler.Hesen bey Zerdabi irsinin arasdirilmasinda danilmaz emeyi vardir.Yazdiqlarini oxuya-oxuya oyrendiklerimiz az olmadi bu iki il yarimda.Sizin bu saytla emekdasliginiz,dostlugunuz bu sayta basqa bir reng qatir.Basinizi agridib gozunuzu yordumsa her birinizden uzr isteyirem.En xos ve semimi arzularla….

  25. Insaalah gun gelecek bu agir islerin ohdesinden geldiyiniz ucun yalniz ve yalniz qurur duyacaqsiz.Zehmet bosa getmez hec zaman niyyetin saf oldusa hec getmez.Deyir baligi at suya deniz bilmesede de Xaliq bilir.Allah yar ve yardimciniz olsun

  26. Jurnalistləri məmdə təbrik edirəm. Gülxanımada işlərinda uğurlar arzu edirəm

  27. Tutarlı qələm sahibi Tərlan xanımı mətbuat günü münasibətilə təbrik edirəm

  28. Arzu edirəm ki təcrübəli və stajlı jurnalist Tərlan xanımın əməyi qədirbilən rəhbərliyimiz tərəfindən qiymətləndirilsin

  29. Hörmətli Tərlan xanım!
    Sizi mətbuat günü münasibətilə təbrik edirəm.Sizə bu yolda uğurlar və müvəfəqiyyətlər arzu edirəm.İnşallah fəxrimiz olan Zərdab rayonunu sizin kimi əzimli və istedatlı jurnalist tərəfindən hər zaman və hər sahədə uğurla təmsil olunar və namımız en öncəlikli şəhərlər sırasında birinci olar.

  30. “Əkinçi”nin bütün əməkdaşlarını Milli Mətbuat günü münasibətilə təbrik edirəm.

  31. Hörməti Tərlan xanim sizi mətbuat günü münasibətilə təbrik edir sizə uzun ömür can sağlığı arzulayıram.Siz dogurdanda gözəl qələm sahibisiz hər bir məqalənizi diqqətlə oxuyuram .Sizə bu yolda uğurlar arzulayıram.Tutduğunuz oruc namazınız qəbul olunsun.

  32. Mən təklif edirəm ki, Tərlan xanıma “Əməkdar jurnalist” adı verilsin. Buna onun jurnalist kimi peşəkarlığı, savadı, qabiliyyəti, yüksək mədəniyyəti, əməksevərliyi imkan verir. İnşallah, aidiyyatı qurumlar tərəfindən bu məsələ nəzərə alınar.

  33. Hörmətli Nicat bəy!
    Arzularınıza qoşuluruq.Tərlan xanım Redaksiyada yeganə xanım jurnalistdir.Tutarlı qələmi var,işgüzar və məsuliyyətlidir.Qiymətləndirilməyə dəyər.

  34. salam Tərlan müəllim, mən də Sizi qarşıdan gələn peşə bayramınız və Ramazan bayramı münasibətilə təbrik edirəm .Böyük Allahdan arzum budur ki ,Sizə də “Əməkdar jurnalist” adı verilsin. Qoy oxuduğunuz Quran özü sizə kömək olsun amin…..

  35. Hörmətli Nicat bəy!
    Tərlan xanım haqqında təkliflərinizlə bağlı yazılarınıza olan diqqətimiz daha da artib.Həqiqətən Tərlan xanım əməkdar jurnalist adına laiqdir.Allah qismət eləsin.

  36. Əziz qonşumuz Tərlan müəllimə ! Mən də oğlum İsmayıl Fərmanovun arzularına qoşuluram .Sizi peşə bayramınız münasibəti ilə təbrik edirəm , qarşıdan gələn Ramazan bayramınız mübarək olsun . Allah-təala bütün ibadətlərinizi qəbul etsin! Hər vaxt zəhmətinizin bəhrəsini görəsiniz.Sizi əməkdar jurnalist kimi görmək bizim ailənin də arzusudur.

  37. Hörmətli Tərlan xanım!
    Sizi Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

  38. Hörmətli Tərlan xanım!
    Sizi Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.Sizlərə can sağlığı arzu edirəm.

  39. Hörmətli Tərlan xanım!
    Sizi Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edirəm

Comments are closed.