Jurnalistlər Zərdab rayon Heydər Əliyev Mərkəzində – FOTO

0
24

Milli MetbuatZərdab rayon Heydər Əliyev Mərkəzində 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş  “AZƏRBAYCAN MİLLİ MƏTBUATI VƏ HEYDƏR ƏLİYEV- O, JURNALİSTLƏRİN DOSTU İDİ” mövzusunda  dəyirmi masa keçirildi.

Dəyirmi masada rayon “ƏKİNÇİ” qəzetinin kollektivi iştirak etdi.

Dəyirmi masanı Mərkəzin direktoru Könül Rəhimova açaraq “Əkinçi”qəzetinin yaranma tarixindən danışdı.“Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi .

Daha sonra natiq Ümummilli lider Heydər Əliyevin Milli Mətbuata və jurnalistikaya diqqət və qayğısından  danışaraq qeyd etdi ki, ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.

Dəyirmi masada çıxış edən jurnalistlər bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini,  Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradırmasını xüsusi olaraq qeyd etdilər.

Sonda Könül xanım Heydər Əliyev Mərkəzi kollektivi adından Milli Mətbuat günü münasibətilə “ƏKİNÇİ” qəzetinin kollektivini və bütünlükdə cəmiyyətimizin azad söz sahiblərini, iti qələm, kəsərli yazarları təbrik etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzi