Nailə Əliyeva: “Əkinçi”dən düşən işıq 139 ildir nur saçır”

3
27

Zerdab rayonuZərdab Rayon Mərkəzi Kitabxanasında “Azərbaycanda söz və mətbuat azadlığı” adlı tədbir keçirildi. Tədbirdə Cəmalə Feyzullayevanın “Milli mətbuat və jurnalistika günü” adlı, Rəqibə Qasımovanın “Əkinçi”dən başlanan yol” adlı məruzələri dinlənildi. Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva Azərbaycan jurnalistlərinə və Kütləvi İnformasiya Vasitələrinə təbrik səsləndirdi: “Böyük maarifçi Həsən bəy Zərdabinin 139 il öncə əzab-əziyyətlə yaratdığı “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə Azərbaycan milli mətbuatının tarixi başlayır. “Əkinçi”dən düşən işıq 139 ildir ki, millətimizin yoluna nur saçır və bu işıq selinin sonsuzluğa qədər uzanacağına əminlik yaradır. Azərbaycan jurnalistikasının cəmiyyətdə tutduğu düzgün mövqe, KİV əməkdaşlarının xalqın maariflənməsindəki, mədəni və əxlaqi dəyərlərimizin qorunmasındaki rolu, ölkənin sosial-iqtisadi inkişafı, müdafiə qüdrətimizin artırılması işinə mənəvi və ideoloji dəstək verilməsindəki xidmətləri danılmazdır. Ulu öndər Heydər Əliyev mətbuatın cəmiyyət və dövlət qarşısındakı xidmətlərini yüksək dəyərləndirir, jurnalist kollektivlərinin qayğı və problemlərinin həllinə köməyini əsirgəmirdi. Bu ənənə bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız hər il “Əkinçi”nin nəşrə başladığı 22 iyulu Milli Mətbuat Günü kimi qeyd edir. Milli Mətbuat Günü münasibətilə başda bu gün Zərdabi yurdunda çox uğurla fəaliyyət göstərən doğma “Əkinçi” qəzetimizin əməkdaşları olmaq şərti ilə bütün Azərbaycan jurnalistlərini, KİV əməkdaşlarını ürəkdən təbrik edirəm. Ulu öndərimiz Heydər Əliyevin sözləri çox yerinə düşür: “Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir. Ulu Tanrı əziyyətinizi itirməsin, yolunuz açıq, işləriniz avand, canınız sağ olsun!”.

Zərdab Rayon Mərkəzi Kitabxanası

3 ŞƏRH

  1. Salam, Əkinçi qəzetinin əməkdaşlarını və bütün Azərbaycan jurnalistlərini, KİV əməkdaşlarını Milli Mətbuat gunu munasibəti ilə təbrik edirik.

  2. Ölkəmizdə maarifçilik hərəkatının yayılmasında əhəmiyyətli və
    ruhlandırıcı işıq mənbəyi rolunu oynamış Həsən bəy Zərdabini
    və “Əkinçi”qəzetini ehtiramla yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Həsən bəy Zərdabinin və “Əkinçi”qəzetinin xalqımız qarşısındakı müstəsna xidmətləri vətənin övladları tərəfindən heç vaxt unudulmayıb.Günü bu gün də böyük hörmət və ehtiramla yad edilir.

  3. Dahi həmyerlimiz Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə “Əkinçi” nin nəşrinə nail olmaqla Azərbaycan xalqı qarşısındakı xidmətlərindən birincisini etmiş oldu .İşıq üzü görmüş cəmi 56 nömrə düz 139 ildir ki , yollarımıza nur saçır. Və bu gün də Azərbaycanın bir çox ziyalıları bu nurdan mənəvi güc alır . Hörmətli Nailə xanım , mən Sizi həmişə həmin ziyalılardan hesab etmişəm və bu gün də bu fikirdəyəm.

Comments are closed.