Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında (MKS) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı” kitabının müzakirəsi və “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsinin xülasəsi keçirilib.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açaraq ermənilərin iç üzünü açmaq, mənfur erməni xislətini dünyaya çatdırmaq baxımından cənab Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı” kitabının böyük əhəmiyyət daşıdığını vurğulayıb. Nailə xanım eyni zamanda qeyd edib ki, 4 dekabr 2014-cü il tarixdə “Azərbaycan” , “Xalq” , “Respublika” qəzetlərində akademikin “İkili standartların dünya nizami və müasir Azərbaycan” başlıqlı məqaləsi dərc olunmuşdur. Dünyada baş verən prosesləri dərk etmək və düzgün qiymətləndirmək üçün məqalə çox əhəmiyyətlidir, aktualdır.
Tədbirdə dövrü mətbuat oxu zalının müdiri Leyla İskəndərli dərc olunan məqalənin qısa xülasəsini diqqətə çatdırıb. Kitabxananın əməkdaşları : Gülzar Qasımova, Gülüstan Rəhimova, Lalə Niftalıyeva, Nisə Əliyeva müzakirə olunan kitabın və məqalənin əhəmiyyəti haqqında öz fikirlərini bildiriblər.
Zerdab.com













cox teşekkur edirik
Comments are closed.