Respublika səviyyəli yarışlarda daim yüksək nəticələr qazanmış və dəfələrlə Avropa və Dünya cempionu adına layiq görülmüş idmançılar yetişdirmiş rayonumuzun Taekvondo və VKC Karate idman bölmələri üzrə məşqçi müəllimi Babayev Aqil Sabir oğlu Zədab Rayon Gənclər və İdman İdarəsi rəisinin təqdimatına əsasən, Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun müvafiq əmri ilə “AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MƏŞQÇİSİ” fəxri adına layiq görülüb. Zədab Rayon Gənclər və İdman İdarəsindən Zerdab.com saytına verilən məlumata görə, Azad Bababyev bu fəxri ada layiq görülmüş rayonumuzun ilk idman xadimidir. “Ölkəmizdə idmançılara göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə və Aqil müəllimin əməyini yüksək səviyyədə qiymətləndirdiyinə görə gənclər və idman naziri Azad Rəhimova rayon idmancıları adından dərin təşəkkürlərimizi bildiririk”,-deyə idarənin məlumatında qeyd olunur.
Biz də öz növbəmizdə Zerdab.com saytı olaraq bu fəxri ada layiq görülməsi, Zərdabımızın idman tarixində yeniliyə imza atması münasibəti ilə Babayev Aqil Sabir oğlunu, həmçinin Zədab Rayon Gənclər və İdman İdarəsinin rəisi hörmətli İlkin Əliyevi ürəkdən təbrik edirik. Uğurlarınız bol olsun.
Zerdab.com
lap yaxsi tebrik edirik
Tebrikler davamli olsun insallah
Tebrik edirem
salam. ZERDAB RAYON GENCLER VE IDMAN IDARESININ REISINE IWLERINDE UGURLAR
SALAM
Comments are closed.