Bəyimli qəsəbəsi

0
230

 Şəhər tipli qəsəbə kimi 1968-ci ildən müasirləşdirilən Bəyimliyə yol Ucar-Zərdab şosse yolunun Zərdab şəhərinə yaxınlaşan hissəsindən başlanır. Bu qəsəbə rayon mərkəzindən 19 kilometr şimal-şərqdədir. Bəyimli yaşayış məntəqəsinə 1968-ci ilin martın 15-də fəhlə qəsəbəsi statusu verilmiş və burada geniş tikinti, quruculuq, abadlıq işləri görülmüşdür.
Mənbələrə görə, Bəyimli Bəyim adlı qadının adı ilə adlandırılmışdır. İlk dəfə həmin Bəyim xanımın yaşadığı bu ərazi tarixən qışlaq yeri olmuşdur. Bir zamanlar Zaqatala və Qəbələ qoyunçularının da qışlaqları Bəyimli ərazisində yerləşirdi. Ağsu rayonunda Bəyimli kəndi var.
Bəyimlidə heyvandarlıq, xüsusilə də camışçılıq, qoyunçuluq, taxılçılıq, yemçilik, quşçuluq, bostançılıq geniş inkişaf etmişdir. Qəsəbənin iqtisadiyyatının əsasını bu sahələr təşkil edir.
Qəsəbədə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, ATS, xidmət obyektləri və s. fəaliyyət göstərir.

Ərazisi 9623,02 hektar
Əhalisi 861 nəfər