Bıçaqçı kəndi

5
182

 Bıçaqçı kəndi rayon mərkəzindən 31 kilometr qərbdə, Kür sahilində yerləşir. Əhali heyvandarlıq, yemçilik, pambıqçılıq, çəltikçilik, balıqçılıq, taxılçılıq, quşçuluq, meyvəçilik və s. məşğul olur.
Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.
Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu tarixdən məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Belə də deyirlər ki, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış, buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər.

Ərazisi 2214,79 hektar
Əhalisi 1647 nəfər

5 ŞƏRH

  1. Bicaqcinin tarixi arasdirilsa burada bilmediyimiz cox seyler oyrene bilerik.Eyni zamanda Zerdab rayonunun bir cox erazileri o cumleden Yuxari Seyidler kend erazisinde “Qannice golu”adlanan yeri misal gostermek olar.

  2. kendimiz az.res merkezinde yerlesir coqrafi baxmdan elverisli noktede yerlesir

Comments are closed.