Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində 8 mart tədbiri

0
34

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində evdar qadınların cəmiyyətə inteqrasiyası məqsədi ilə “Kim nə bacarır” adlı sərgi təşkil olundu. Sərgidə II qrup əlil Teymurova Qərəfilin müxtəlif rəngli saplardan toxuduqları, əlil qadın Kamilə Qocayevanın muncuq və biserlərdən hazırladığı mənzərələr, evdar qadınlar Mirvari Mikayılovanın tikmələri və Tehranə Məmmədovanın hazırladığı ləziz azuqələr nümayiş olundu. 2 gün davam edən  sərginin yekununda tədbir keçirildi. Tədbirdə Rayon Mərkəzi Kitabxanasından, Zərdab QAC-dan, Heydər Əliyev Mərkəzindən, Təhsil Şöbəsindən, Yaradıcılıq Evindən və s. idarə və təşkilatlardan qonaqlar iştirak etdilər. Fəal qadınlara 8 Mart münasibəti ilə hədiyyələr də verildi.

Zərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək MərkəziZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi