Zərdab Rayon MKS-nin Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsində XX əsr Azərbaycan tarixinin tanınan simalarından biri, görkəmli oftalmoloq, tibb elmləri doktoru, ictimai xadim, ümummilli lider Heydər Əliyevin ömür–gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 92–ci ildönümü ilə bağlı “İki ömür, bir dünya” adlı dəyrimi masa keçirildi. Tədbiri giriş sözü ilə oxu zalının müdiri Leyla İskəndərli açaraq Zərifə xanımın tibb sahəsinə verdiyi töhfələr haqqında qısa məlumat verdi. Sonra MKS-nin əməkdaşları Cəmalə Feyzullayeva, Samirə Yəhyayeva, Uşaq şöbəsinin əməkdaşı Adilqızı Aysel, Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova, 36 saylı kitabxana filialının müdiri Xanım Abışova Zərifə xanımın həyatı, tibb sahəsindəki uğurları haqqında ətraflı məruzələrlə çıxış edərək tədbir iştrakçılarını məlumatlandırdılar. Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva tədbir iştirakçılarını Zərifə xanımın gördüyü işləri özündə əks etdirən kitablardan, dövrü mətbuat nümunələrindən, fotoşəkillərdən ibarət olan “Dünyaya onun gözləri ilə…” adlı sərgi ilə tanış etdi .