Həmyerlimiz Ramin Paşayevlə qürur duyuruq!

1
61

Paşayev Ramin Zeyd oğlu
Ramin dünya çempionatında bürünc və gümüş medal qazandı

Bu ilin 11-16 iyununda İtaliyanın Milan şəhərində karatenin WKC növü olan IKU-nun birinci açılış dünya çempionatı keçirildi .

Çempionata dünyanın 35 ölkəsi qatılmışdı. Həmin ölkələr sırasında Azərbaycan da vardı və Vətənimizi bu çempionatda 20 nəfər təmsil edirdi . WKC növləri üzrə Karate Federasiyasının xətti ilə dünya çempionatında iştirak edən soydaşlarımızdan biri isə həmyerlimiz Paşayev Ramin Zeyd oğludur .

Ramin 1981-ci ildə anadan olub. Orta məktəbi Zərdab rayonunda bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuş və təhsilini uğurla başa vurmuşdur .

8 ildir ki, Azərbaycan Dövlət Neft Şirkətində Sosial inkişaf idarəsinin mühəndisidir .

Ramin hələ orta məktəb illərindən karatenin WKC növləri ilə məşğul olmuş və bu maraq bu gün də onun həyatının bir hissəsinə çevrilmişdir . Azərbaycan Neft Şirkətinin Prezidenti hörmətli Rövnəq Abdullayev, Sosial İnkişaf İdarəsinin rəisi hörmətli Qasım İbrahimov və rəisin birinci müavini hörmətli Neman Soltanov Ramin Paşayevin bu istedadını nəzərə alaraq onun öz məşqlərini davam etdirməsinə ardıcıl olaraq şərait yaradıblar . WKC növləri üzrə Karate Federasiyasının Prezidenti Nurəddin Quliyev başda olmaqla məşqçilər Malik Abbasov və İlham Təhməzov karateni bütün incəliklərinə qədər həmyerlimizə təlim ediblər. Məhz bu çəkilən zəhmətin nəticəsidir ki, Ramin Paşayev  35 ölkənin qatıldığı bu dünya çempionatında I Rikumi ju, irikumi do versiyası üzrə vuruşmuş, ikinci və üçüncü yerləri tutaraq bürünc və gümüş medala sahib olmuşdur .

Az.TV və “Space” kanallarında həmin dünya çempionatında iştirak edən 20 nəfər, o cümlədən həmyerlimiz haqqında veriliş yayımlanmışdır .

Bütün bunlara görə Ramin Paşayevi ürəkdən təbrik edir, ona gələcək iş fəaliyyətində və idman həyatında daha böyük uğurlar arzulayıram .

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ” NİN MÜXBİRİ.Paşayev Ramin Zeyd oğluPaşayev Ramin Zeyd oğlu

1 comment

  1. Təbrik edirəm. İnşaALLAH uğurları bol olar. Fəxrimizdir. Çox sevinirəm ki, xüsusən də son zamanlar Zərdabımın gözəl, yüksək nailiyyətli idmançıları yetişir. Bundan çox qürurlanıram. Bu həmyerlilərimizi bizlərə tanıdan doğma Zerdab.com saytına, həmçinin Nicat müəllimə dərin təşəkkürümü bildirirəm.

Comments are closed.