Səlim Müslümov Zərdab sakinlərini fərdi qaydada qəbul edəcək

0
22

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 27-də saat 10:00-da Beyləqan rayonunda Heydər Əliyev Mərkəzində Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin info@mlspp.gov.az elektron poçt ünvanı, Beyləqan, Füzuli, İmişli, Xocavənd rayonları üzrə (021) 246-62-68, Kürdəmir rayonu üzrə (020) 255-23-45, Ucar və Zərdab rayonları üzrə (020) 213-15-51 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.