Təzəkənd kəndi

5
109

Təzəkənd kəndi Zərdab şəhərinin şimal-şərqdən 500 metrliyində, Kür çayının sahilində yerləşir. Təzəkənddə məktəb, kitabxana, klub və müxtəlif təyinatlı xidmət obyektlər var. Təzəkənd əslində hazırda Zərdab şəhərinin məhəllələrindən birinə çevrilmişdir. Bu kəndin sakinlərinin bir çoxu yaxın olduğu üçün Zərdab şəhərində çalışırlar. Kənddə heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq və s. inkişaf etmişdir. Kəndin Təzəkənd adlanması buradakı əhalinin ötən əsrin əvvəllərindən başlayaraq Zərdab yaşayış məntəqəsindən daimi yaşayış üçün bu əraziyə köçərək məskunlaşması ilə əlaqədardır. Qeyd edək ki, Təzəkənd adında kənd Azərbaycanın 4-5 rayonunda, o cümlədən ulu Borçalı mahalında mövcuddur. Təkcə Qərbi Azərbaycanda Təzəkənd adlanan 10 kənd olmuşdur.

Ərazisi 1365 hektar
Əhalisi 1108 nəfər

5 ŞƏRH

  1. men zerdabin gəlmə kəndindənəm. zerdabi dunyalar qeder cox isteyirem . canim zerdab . dogum yerim

  2. Tezekendin ne klubu var….nede ki, duz emelli mektebi…Azerbaycanda en berbad, qezali mekteb Tezekenddedir…Belke oranin da shekillerin chekib yerleshdiresiniz sayta???

  3. Cox gozel kenddi.yaxsi insanlar coxdu.Xususile bu kendin taekvando idman novu uzre yetirmesi olan Elnur Babayev rayonumuzun fexridir!!!!

Comments are closed.