Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) 170 illiyi, Milli mətbuatımızın 137-ci ildönümü münasibəti ilə www.zerdab.com saytı yenilik edib. Belə ki, Həsən bəy Zərdabinin doğulub boya-başa çatdığı bölgəni təmsil edən www.zerdab.com saytı ilk dəfə olaraq görkəmli mütəfəkkirin ailə albomunu hazırlayıb. Ailə albomunda Zərdabinin, onun ailə üzvlərinin, yaxınlarının fotoları bir arada cəmlənib. Onlardan sizlərə bəlli olanı da var, olmayanı da. İnanırıq ki, bu albom istər indi, istərsə də, gələcəkdə dahi ziyalı ilə bağlı aparılan araşdırmalar üçün layiqli mənbə olacaq. Gələcəkdə albomun yeni və fərqli şəkillərlə daha da zənginləşdirilməsi nəzərdə tutulur. Albomun yaradılmasında məqsəd Həsən bəy Zərdabi və onun ailə üzvlərinin şəkillərini bir yerə toplamaqdır. İndiyədək belə bir albom mövcud deyildi.
![Həsən bəy Zərdabi](http://www.zerdab.com/wp-content/uploads/2012/07/zerdab-zerdabi1.jpg)
![Həsən bəy Zərdabi həyat yoldaşı Hənifə xanım və qızı Pəri ilə birlikdə](http://www.zerdab.com/wp-content/uploads/2012/07/35-256x350.jpg)
![Həsən bəyin atası Səlim bəyin dayısı General-leytenant Fərəc bəy Ağayev](http://www.zerdab.com/wp-content/uploads/2012/07/253.jpg)
![Həsən bəyin qardaşı oğlu Rəhim bəy Məlikov Mehralı bəy oğlu](http://www.zerdab.com/wp-content/uploads/2012/07/263-262x350.jpg)
![Həsən bəyin böyük qızı Pəri xanım Məlikova. Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı](http://www.zerdab.com/wp-content/uploads/2012/07/273-263x350.jpg)
![Həsən bəyin kiçik qızı Qərib Soltan xanım Məlikova](http://www.zerdab.com/wp-content/uploads/2012/07/284-270x350.jpg)
![Zərdabinin böyük oğlu. Midhəd bəy Məlikov Zərdabi](http://www.zerdab.com/wp-content/uploads/2012/07/291-263x350.jpg)
![Zərdabinin kiçik oğlu. Səffət bəy Məlikov Zərdabi](http://www.zerdab.com/wp-content/uploads/2012/07/303-268x350.jpg)
![Zərdabi yurdunda çıxan, Zərdabi nəslinin tanınmış nümayəndələrindən olan, həmyerlim akademik Böyükkişi Ağayev](http://www.zerdab.com/wp-content/uploads/2012/07/312-271x350.jpg)
![Həsən_bəy_Zərdabi_və_həyat_yoldaşı_Hənifə_xanım](http://www.zerdab.com/wp-content/uploads/2012/07/Həsən_bəy_Zərdabi_və_həyat_yoldaşı_Hənifə_xanım-350x261.jpg)
![Həsən bəy Zərdabinin Zərdabdakı evi - hazırda Ev Muzeyi](http://www.zerdab.com/wp-content/uploads/2012/07/muzey3-350x196.jpg)