TQDK tələbə adını qazananlara qeydiyyatla bağlı xəbərdarlıq edib

0
39

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə (bakalavriat səviyyəsi) və magistraturaya qəbul olmuş gənclərə xəbərdarlıq edib. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, tələbə adı qazanmış şəxslər avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 24-ü saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək. Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısını müvafiq ali təhsil müəssisəsinə müraciət edib dəqiqləşdirmək lazımdır.

www.zerdab.com