İkinci Alıcanlı kəndi

0
110

İkinci Alıcanlı kəndi Zərdab şəhərindən 22 kilometr şimal-qərbdə, Qarasu (Türyançay) çayının sahilinə yaxın ərazidə yerləşir. Sakinlərinin dediyinə görə, bu kənddə yaşayanlar bir zamanlar Qarabağdan köç etmiş ailələrinin törəmələridir. Təsadüfi deyil ki, İkinci Alıcanlıya “Qarabağ Alıcanlısı” da deyirdilər. İkinci Alıcanlının əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, baramaçılıq, bostançılıq və s. məşğul olur. Kənddə məktəb, kitabxana və s. var.

Ərazisi 1295 hektar
Əhalisi 522 nəfər