Salmanov Sabir Qurban oğlu 1931-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakultəsini bitirib.1955-1958-ci illərdə Rostov vilayətinin Mtlyuşinski rayonunda cərrah işləyib. 1958-1963-cü illərdə Zərdab rayonunda cərrah kimi fəaliyyət göstərib. 1963-cü ildə Azərbaycan Respublikasının Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya instituna əyani aspiranturaya qəbul olunub.
1966-cı ildə Moskva şəhərində «Некоторые вопросы обмена основных вопросы обмена основных електролитов в сявзи с операцией и наркозом у больных раком желудочно-кишечного тракта» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1967-1968-ci illərdə Semaşko adına xəstəxananın uşaq cərrahlığı şöbəsinin ordinatoru işləyib. 1968-1970-ci illərdə Bakı şəhər 5 saylı kliniki xəstəxananın cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
1970-ci ildə N.Nərimanov adına ATİ-n uşaq cərrahlığı kafedrasına assistent seçilib. Həmin vəzifədə 18 il işləyib və 1988-ci ildə səhhəti ilə əlaqədar olaraq təqaüdə çıxıb və işdən azad olub. 1991-ci ildə dünyasını dəyişib. Salmanov Sabir Qurban oğlunun uşaq cərrahlığı sahəsində xidmətləri bu gün də yaddaşlardadır. Allah rəhmət eləsin.
Allah rehmet elesin.Saq olun ki bele hekimlerimizi, ziyalilarimizi yad edirsiniz
allah rehmet elesin
Zərdab cərrahları deyəndə həmişə yaşlı nəsil iki nəfəri xatırlayır:
Sabir doktoru və milliyyətcə rus olan doktor Nepeini
Comments are closed.