Zərdab rayonunda 70 min ağac, 5 min gül kolu əkildi – fotolar

3
63

AğacəkməAzərbaycan Respublikası Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli sərəncamı ilə bağlı zərdablılar rayon ərazisində, o cümlədən magistral yolların kənarlarında 2013-cü ildə 90000 ədəd müxtəlif növdən ola ağacların əkilməsi təşəbbüsünü irəli sürmüşlər. 25 yanvar 2013-cü il tarixdə rayon ərazisində iməciliklər keçirilməsinə start verilmişdir. Bu gün təşkil olunan könüllü ağacəkmə kampaniyasında rayonun idarə, müəssisə və təşkilatlarından, mədəniyyət, təhsil və səhiyyə ocaqlarından minlərlə adam iştirak etmişdir. Bu günədək Zərdab-Ucar magistral yolunun kənarında, təbii fəlakətdən ziyan çəkmiş ailələr üçün yeni salınmış qəsəbədə və Heydər Əliyev parkında 70000 ədəd sərv, küknar, şam və türk qovağı, 5 mindən çox gül kolları və çiçək əkilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq may ayına qədər rayon mərkəzində, Zərdab-Ucar, Zərdab-Mollakənd, Zərdab-Ağcabədi magistral avtomobil yollarının kənarlarında və 42 yaşayış məntəqəsinin ərazisində daha 20000 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, son illər rayonda 250 000-ə qədər ağac və gül kolu salınıb. Təkcə Heydər Əliyev parkında 55000 ədəd ağac və gül kolları əkilmişdir.

Zərdab rayonu-ağacəkmə

Ağacəkmə

Zərdab-rayonu-ağacəkmə

3 ŞƏRH

  1. Bu teşebbüse varam. İnşallah, bu ağaclar ekildiyi kimi qulluq olunar ve böyüdüler. Gelecek nesiller de bu ağacları görüb ekenlere dua ederler.

  2. Elbette, cox ela xeyirli isdir.Rehberlik basda olmaq sertile bu tedbirde istirak eden,zehmeti olan her bir hemyerlimize Allahdan xos gunler arzulayiriq ve sizi destekleyirik……Yorulmayasiz.

Comments are closed.