Texnika elmləri doktoru, professor Nuriyev Məhəmmədəli Nürəddin oğlu 24 fevral 1962-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində muəllim ailəsində anadan olmuşdur. O, 1969-1979-cu illərdə həmin kənddə orta təhsili başa vurduqdan sonra 1980-1982-ci illərdə hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1982-ci ildə Ç.İldrim adına Azərbaycan Politexnik İnstitutuna müsabiqədənkənar yolla qəbul olunmuş və təhsil almaq üçün Xalqlar dostluğu ordenli Y.Axunbabayev adına Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun hazırlıq fakultəsinə göndərilmişdir. 1988-ci ildə həmin İnstitutu bitirdikdən sonra mühəndis-mexanik ixtisasına yiyələnmişdir.
M.N.Nuriyev 1988-ci ildə Azərbaycan Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Texnologiya İnstitutunun elmi-tədqiqat şöbəsində labarant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
Üç ildən sonra Özbəkistan Respublikasının Təhsal Nazirıiyinin və Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun birgə məktubu ilə Azərbaycan Təhsil Nazirliyinə onun diplom layihəsinin yerinə yetirilməsi zamanı apardığı tədqiqatların elm tutumlu və xalq təsərrüfatına yararlı olduğunu bildirilmiş və tədqiqatların davam etdirilməsi üçün məqsədli aspiranturaya göndərilməsi üçün müraciət etmişlər. 1991-ci ildə göstərilən müraciətin əsasında o, yenidən ali təhsil aldığı institutun məqsədli aspiranturasına göndərilmiş və 1994-cü ilin sentyabrında vaxtından əvvəl “Çarpaz sarınan bağlamaların strukturlarına effektli nəzarət üsulu yaratmaq məqsədi ilə onların əmələ gəlmə proseslərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi elmi adına layiq görülmüşdür. 1994-1998-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “Əmək fəaliyyətinin təhlükəsizliyi” kafedrasında saat hesabı müəllim kimi çalışmışdır. 1998-2000-ci illərdə M.N.Nuriyev Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Standartlaşdırma və sertifikasiya” kafedrasında assistent sonra dosent, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında dosent, 2012-ci ilin dekabından isə professor vəzifəsində çalışır.
Professor M.N.Nuriyev 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad
Universitetinin “Kommersiya” və 2004-2006-cı illərdə isə “Texnologiya və dizayn” fakultəsində dekan müavini işləmişdir.
2010-cu il sentyabr ayinda M.N.Nuriyev 05.19.01- “Toxuculuq və yüngül sənaye istehsalının materialşünaslığı” ixtisası üzrə “Toxuculuq bağlamalarının strukturuna və xassələrinə nəzarət metodları və vasitələrinin işlənməsi” mövzusunda doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri doktoru elmi adına layiq görülmüşdür.
Professor M.N.Nuriyev 2013-cü ilin yanvarından etibarən Prezident Aparatı yanında Ali Attestasiya Komissiyasında texniki elmlər üzrə ekspert şurasının üzvüdur.
Professor M.N.Nuriyev 120-dən çox elmi əsərlərin müəllifidir. Onların 2-si monoqrafiya, 6-sı patent, 1-i ixtira, 2-si dərs vəsaiti, 4-ü metodiki göstəriş, 14-ü tədris proqramları və qalanları isə müxtəlif elmi məqalələrdir.
Professor M.N.Nuriyevin məqalələrininə ksəriyyəti İvanova, Kostroma, Tambov, Voloqda, Daşkənd, Oş, Tiflis və Bakı şəhərlərində çap olunmuşdur. Elmi tədqiqatların nəticələri isə Azərbaycan Respublikasının Gəncə və Rusiya Federasiyasının Kostroma şəhərində tətbiq olunmuşdur.
Zerdab.com
sagol Nicat muellim tewk.ler.. 🙂
Siz sağ olun.
Sağ ol Nicat.Bilmirəm neçə yaşın var,amma çox dəyərli işlərlə məşğul olursan.Təşəkkürlər
Men dayı seninle fexr edirem.
deyerli dostumuz ,ziyalimiz sizinle fexr edirik
Comments are closed.