Döyüş yoldaşlarını xilas edərkən şəhid olan həmyerlimiz-Yavər İmanov

6
82

Qarabağ müharibəsiİmanov Yavər Həsən oğlu 1966-cı ildə Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. 1984-cü ildə Ağcabədi şəhərindəki 10 saylı orta məktəbi bitirib. İki il Sovet ordu sıralarında xidmət edib.

Qarabağ müharibəsi başladıqdan sonra Yavər İmanov könüllü olaraq cəbhəyə yollanıb. Onun döyüş yolu Füzuli rayonundan başlayıb. Əbdürrəhmanlı və Muradbəyli kəndləri uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olub.

Həmin dövrdə Füzuli camaatı ağır günlərini yaşayırdı. Ermənilər hər gün kəndlərə hücum edirdilər. Yavərgilin dəstəsi həm də dinc əhalinin köçürülməsində yaxından iştirak edirdi. Onların üzərinə ikiqat vəzifə düşürdü – həm düşmənlə vuruşmalı, həm də dinc əhalini cəbhə bölgəsindən çıxarmağa çalışmalı idilər.

Qarlı, çovğunlu qış günlərindən biri idi. Əbdurrəhmanlı və Muradbəyli kəndləri yenə də ermənilər tərəfindən raket atəşinə tutulmuşdu. Yavər döyüşçü yoldaşları ilə döyüşə atılmışdı. Döyüş bir xeyli davam etdi. Atəş bir qədər səngiyəndən sonra əsgərlərimiz şəhid olanların cəsədlərini və yaralıları ortadan götürmək qərarına gəldilər. Yavər İmanov bütün təhlükələrə baxmayaraq, bir neçə şəhidimizin cəsədinin və yaralı əsgərlərin döyüş bölgəsindən çıxarılmasına nail oldu. Növbəti dəfə belə xilasetmə zamanı özü düşmən snayperinin gülləsinə tuş gəldi. Lakin Yavərin cəsədi də ortada qalmadı. Yoldaşları çətinliklə olsa da, Yavərin cəsədini oradan çıxara bildilər.

Yavər İmanov kəndlərində dəfn olunub. Kənd camaatı tez-tez onun qəbrini ziyarət edib ruhuna dualar oxuyurlar, onun hünəri, igidliyi qarşısında baş əyirlər. Ruhun şad olsun, əziz qardaş. Sən və sənin kimi igid oğullarımızı heç bir zaman unutmayacağıq.

6 ŞƏRH

  1. veten sagolsun ve bele bele igidlerimiz var olsun allah qebrin nurla doldursun

  2. Allah ona da ve butun wehidlere rehmet elesin,sende cox saqol deyirem,ay Nicat

  3. NİCAT BƏY, FÜRSƏTDƏN İSDİFADƏ EDİB ÇATDİRMAQ İSDƏYİRƏM VƏ DEMƏK İSDƏYİRƏM, BƏLKƏ SİZİN VASDƏNİZ İYLƏ,ZƏRDAB RAYON XƏSDƏXANƏSİ İŞÇİLƏRİNƏ EŞİDİB BİR İBRƏT GÖTÜRƏ BİLDİLƏR.– ƏLBƏT DƏ Kİ HAMSİNA AİD OLA BİLMƏZ, NEÇƏ-NEÇƏ TƏCİLİ YARDİM İSDƏYƏNLƏR, HƏKİMLƏRİN SAVADSİZLİGİ UCUNDAN İSDƏR CAVAN İSDƏR YAŞLİ FƏRQİ YOXDU ÖZ DÜNYASİNİ DƏYİŞİB. DÜNƏNLƏRİDƏ HƏMƏN HADİSƏNİN YENƏDƏ ŞAHİDİ OLDUQ ƏN ASAND OLAN, KOR BAXİRSAGİDA BELƏ AYDİNLAŞDİRA BİLMƏYİB UCAR RAYONONA GÖNDƏRİRLƏR VƏ ORA ÇATDİRA BİLMƏYƏNDƏDƏ VƏFAT EDİB DÜNYASİNİ DƏYİŞİR. HƏMƏN HADİSƏ DÜNƏNLƏRİ BAŞ VERMİŞ VƏ BU GÜNLƏRİDƏ VƏFAT ETMİŞ ƏN YAXİN QOHUMDU.

  4. ALLAH RƏHMƏT ELƏSİN, HELƏ İGİD OGLANLARİMİZLA FƏXR EDİB, HƏR ZAMAN QƏLBİMİZDƏ YAŞAYACAQDİR! ALLAH QALANLARİ QORUSUN SAXLASİN!!

  5. Allah yolunda oldurulenlere olu demeyin, onlar diridirler lakin siz bunu hiss ede bilmezsiniz. Quran Kerim.

Comments are closed.