Həsən bəy Zərdabi adına Milli Təbiət Tarixi Muzeyi yaradılacaq

0
72
Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) H. Zərdabi adına Azərbaycan Milli Təbiət Tarixi Muzeyinin  yaradılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaqdır. Bu barədə Zerdab.com saytına AMEA Rəyasət  Heyəti Mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, qərar dekabrın 25-də AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib: “Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, xalqın qədim və zəngin tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması işində muzeylər əvəzolunmaz rol oynayır. Əksər muzeylər elm və mədəniyyətin yalnız bir sahəsini nümayiş etdirdiyi halda təbiət tarixi muzeyləri ölkənin geoloji inkişaf tarixinin bütün aspektlərini əhatə edir. Bu tip muzeylərin əsas məqsədi ölkə ərazisində həyatın əmələ gəlmə tarixini, geoloji keçmişini, bənzəri olmayan flora və faunaları, həmçinin konkret coğrafi şəraitdə insanın formalaşma və mədəni inkişaf tarixini, qədim və müasir yaşayış dövrlərindəki ekoloji şəraiti nümayiş etdirməkdir.

Sonda AMEA-nın nəzdində yaradılması nəzərdə tutulan Həsən bəy Zərdabi adına Milli Azərbaycan Təbiət Tarixi  Muzeyinin Əsasnaməsi təsdiq edilmişdir”.

AMEA Rəyasət  Heyəti Mərkəzi aparatının
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 492 55 93
pr@science.az
pr.amea.rh@gmail.com