Əli Həsənov: “Həsən bəy Zərdabi böyük Azərbaycanlı olub”

0
Azərbaycan dövlətçiliyinin və xalqının formalaşmasında Həsən bəy Zərdabinin böyük rolu olub. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gəncədə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr edilmiş “Azərbaycan Milli Mətbuatı: Zərdabidən günümüzə” mövzusunda keçirilən konfransda bildirib. Şöbə müdiri konfransda Həsən bəy Zərdabinin milli mətbuatdakı və “Əkinçi” qəzetinin xalqın formalaşmasındakı rolundan danışıb: “Düşünürük ki, Həsən bəy Zərdabinin 170 illik yubileyi Gəncədə, eyni zamanda respublikada mətbuatın inkişafına, mətbuatın ənənələrinin davam etdirilməsinə, milli mətbuatın bundan sonra da dünya mətbuatının ən qabaqcıl nailiyyətlərini mənimsəyib Azərbaycan xalqının informasiya ehtiyacını ödəməsinə xidmət edəcək”.
Konfransda respublikanın tanınan mətbu orqanlarının rəhbərləri və icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində media mənsublarının iştirakı ilə Gəncədə Mətbuat Evinin təməli qoyulub. Həsənov bildirib ki, Mətbuat Evi Gəncədə milli mətbuatın inkişafına xidmət edəcək. Əli Həsənovun sözlərinə görə, bu tədbirin məhz Gəncədə keçirilməsinin ayrıca bir mənası var: “Biz bu gün mühüm bir hadisəyə şahidlik edirik. Görkəmli maarifçi alim, görkəmli pedaqoq, görkəmli azərbaycanşünas, Azərbaycan Milli Mətbuatının banisi görkəmli ziyalı Həsən bəy Zərdabinin 170 illik yubileyi münasibəti ilə Gəncə şəhərinə toplaşmışıq. Əlbəttə Həsən bəy Zərdabinin 170 illik yubleyi Azərbaycanın digər bölgələrində də keçiriləcək. Sizin iştirakınızla biz Həsən bəy Zərdabinin doğma rayonunda onun ev muzeyini ziyarət elədik, onun heykəli önünə əklil qoyduq. Onun vətənənində Həsən Bəy Zərdabinin ruhunu yad elədik. Ruhuna dua oxuduq. İndi isə Gəncə şəhərində onun 170 illi həyat və fəaliyyətinə həsr edilmiş konfransa toplaşmışıq. Əlbəttə Gəncə şəhərində toplaşmağımızın ayrıca bir mənası var. Gəncə şəhəri Azərbaycan dövlətçiliyinin təməlində dayanan əsas şəhərlərdən biridir və bəlkədə birincisindən birincisidir. Azərbaycan Xalq Cümhuriyyəti bu şəhərdə qurulub. Azərbaycan dövlətçiliyi uğrunda Cavadxanın mübarizəsi bu şəhərdən başlayıb. Azərbaycan torpaqlarının birləşdirilməsi hərəkatı məhz bu şəhərdən başlayıb. Bu şəhərin istər vətəndaşları, istərsədə bütöv o dövrdəki və ondan əvvəlki hakimiyyət strukturları Azərbaycan dövlətinin təməlinin möhkəmlənməsində özünəməxsus rolu olub. Azərbaycan milli şəhər nümunəsi olaraq Azərbaycan milli şəhər simvolikalarını yaşadan bir şəhər olubdur. Ona görə ömrü boyu Azərbaycana və azərbaycançılığa xidmət edən bir alimin bir böyük Azərbaycanlının yubileyinin ilk tədbirinin Gəncədə keçirilməsinin də öz əhəmiyyəti var. Mən hesab edirəm ki, Gəncə haqlı olaraq bu yubiley tədbirinə ev sahiblik edir. Bizdə, Azərbaycanın aparıcı media orqanlarının rəhbərləri məmuniyyətlə Gəncə şəhərindəki toplantıya gəlmişik”.
Ə. Həsənov qeyd edib ki, azərbaycanlıların bir millət kimi formalaşmasında Həsən bəy Zərdabinin böyük rolu var: “Həsən bəy Zərdabinin həyat yaradıcılığı haqqında siz hamınız məlumatlısınız. Təsəvvürünüzə gətirin ki, özünün bütün mənalı həyatını bu insan nəinki Azərbaycan mediasının milli nümunəsi yaradılmasına və bu mediya vasitəsilə insanların təhlilləndirilməsinə, tərbiyələndirilməsinə, dövrün qabaqcıl ənənələrinin yayılmasına və s. xidmət edir. Ümumiyyətlə bir xalq kimi, bir millət kimi bizim formalaşmamızda Azərbaycanın öndər ziyalılarının o cümlədən Həsən bəy Zərdabinin böyük rolu var. Həsən bəy Zərdabi faktiki olaraq öz dövrünün ən böyük Azərbaycanlısı idi və Azərbaycançılıq hisslərinin formalaşdırılmasında sözün həqiqi mənasında bir milli məktəb nümunəsi yaratmışdı. Həsən bəy Zərdabinin və onun ətrafında olan onun silahdaşları öz dövrləri üçün dünyanın bütün qitələrində ölkələrində mövcud olan ən qabaqcıl dəyərləri bəşər cəmiyyətindən qabaqcıl dəyərlərini əks etdirərək Azərbaycanda yaymaqla məşğul olublar. Azərbaycanlı gənclərin Azərbaycanlı övladların təhsili məşğul olublar. Onların tərbiyyəsi və inkişafı ilə məşğul olublar. Hər bir millət hər bir xalq özünün bu tipli qabaqcıl insanları ilə, onların ideyaları ilə onların fikir dünyası ilə onalrın fəaliyyəti ilə formalaşır inkişaf edir və dünyaya tanınır. Bizi dünyada nə ilə tanıyırlar, əlbəttə, bizim dünya xəzinəsinə verdiyimiz dəyərlərlə, ədəbiyyat xəzinəsinə verdiyimiz dəyərlərlə, mədəniyyət xəzinəsinə verdiyimiz dəyərlərlə, bəşəri dəyərlər xəzinəsinə qatdığımız əlavə töhfələrlə, dünyanın formalaşması inkişafı, insanlığın maddi mənəvi və sosial ehtiyaclarının ödənməsində iştirakımızla”.
Əli Həsənov bildirib ki, bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində yaxından iştirak edir və alternativ mənbə kimi iştirak edir: “Azərbaycan dünyada keçmiş mədəniyyəti yaşadan və bu gündə onu bəşəri dəyərlərlə zənginləşdirən inkişaf edən bir dövlət kimi tanınır. Və bu tanınmadada da bizim ziyalılarımız, mətbuat orqanlarımız, onların apardığı təbliğat filan rol oynayır. Həsən Bəy Zərdabidə öz dövründə zamanında o dövrdə ən ali məqsədli ali təfəkkürlü ziyalının edə biləcəcyi işləri görürdü. Ona görədə haqlı olaraq ümummilli liderimiz Heydər Əliyev 1995-ci ildə Azərbaycanda milli mətbuatın ilk yubiley ənənəsini qoyaraq Həsən Bəy Zərdabinin xatirəsini faktiki olaraq dövlət siyasəti səviyyəsində əbədiləşdirdi. 1995-ci ildə il dəfə Azərbaycanda milli mətbuatın yubiley tədbiri keçirildi. İlk dəfə milli mətbuat gününü 22 iyul olmasının təsdiqlənməsi ilə bağlı prezident sərəncamı oldu və ondan sonra Azərbaycanda milli mətbuatın yubileylərinin keçirilməsi ənənəsi qoyuldu. 1995-ci ildə, 2000-ci ildə, 2005-ci və 2010-cu ildə yubiley tədbirlərini keçirtdik. Prezidentin xüsusi sərəncamı ilə bir neçə mətbuat nümayəndəsi təltif olundu”. Onun sözlərinə görə, faktiki olaraq, Milli mətbuatın yubileyləri ilə bağlı keçirilən tədbirlər böyük öndər Həsən bəy Zərdabinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlar idi: “Nəhayət Həsən bəy Zərdabinin ilk dövlət səviyyəsində yubleyinin keçirilməsi ilə bağlı 4 iyunda imzalanmış Prezidentin sərəncamı var. Bu sərəncam bizə və mətbuat orqanlarına, mədəniyyət və Təhsil nazirliyinə, Elmlər Akademiyasına, Azərbaycanın mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarına Həsən bəy Zərdabinin həyatını bir daha öyrənməyə imkan verir, Həsən bəy Zərdabinin Azərbaycan dövləti, dövlətçiliyi, Azərbaycan milləti və xalqı qarşısında xidmətlərini bir daha araşdırmağa şərait yaradır, bizə imkan verir ki, onun nümunəsində gənc nəsli yetişdirək, formalaşdıraq, Azərbaycan jurnalistikasını Həsən bəy Zərdabi ənənələri istiqamətində inkişaf etdirək, onun peşəkarlığından tutmuş milli maraqlara söykənməsinə qədər öndərin bütün prinsiplərini davam etdirək”. Ə. Həsənov qeyd edib ki, sözün həqiqi mənasında Həsən bəy Zərdabi böyük Azərbaycanlı olub, böyük insan və dahi mütəfəkkir olub: “Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti təkcə əkin biçmə işindən yazmırdı, bütövlükdə zərbaycan xalqıənın formlaşmasının mətbuat ənənəsini qoyan bir qəzet idi. “Əkinçi” qəzeti və “Əkinçi” qəzeti ətrafında yaratdığı milli mətbuat məktəbi bizim bu günkü mövcudluğumuzun əsas şərtlərindən birini təşkil etmişdir. Ona görə də mən bir daha sizin qarşınlzda Həsən Bəy Zərdabi haqqında, Azərbaycan milli mətbuatının tarixi haqqında onun yubileylərinin keçirilməsi ilə bağlı bu qədər dövlət qayğısı göstərdiyinə görə ümummilli liderimiz Heydər Əliyevin ruhuna dualar oxuyuram. Allah onu cənnətməkan eləsin. Və ondan sonra da bu mətbuatın inkişafına Həsən bəy Zərdabinin bütün xidmətlərinin əbədiləşdirilməsinə yönəlmiş onun yubileyinin keçririlməsi ilə bağlı Prezident sərəncamlarına görə cənab Prezidentə təşəkkür edirəm. Və biz bu gün Gəncədə təməlini qoyduğumuz və bundan qabaq da onun heykəli qarşısında yubiley tədbirlərini başlatdığımlz bu ənənə ilə digər sahələrin işçiləri üçün də bir stimul veririk. Milli mətbuat, milli mətbuatın banisi olan Həsən bəy Zərdabinin yubileyində öncüllük elədik və bu tədbiri biz başladıq, bundan sonra da davam edəcəyik”.

www.zerdab.com