Bakı Biznes və Kooperasiya Kollecinin direktor müavini, həmyerlimiz Vaqif Mahmudov

0
341
Mahmudov Vaqif Şərif oğlu
Mahmudov Vaqif Şərif oğlu

 

Mahmudov Vaqif Şərif oğlu
Mahmudov Vaqif Şərif oğlu

Mahmudov Vaqif Şərif oğlu 1959-cu il, iyul ayının 5-də Zərdab rayonunda anadan olub. 1966-cı ildə Zərdab şəhər 2 nömrəli orta məktəbin I sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir.

1976-cı ildə Zərdab rayon 33 nömrəli Yol İstismar İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1977-ci ildə təhsilini davam etdirmək üçün   D. Bunyadzadə  adına  Azərbaycan  Xalq Təsərrufatı  İnstitutuna  qəbul olunmuşdur. 1981-ci ildə İnstitutu bitirərək, təyinatla “Azərittifaq”ın  plan-iqtisad idarəsində  iqtisadçı  vəzifəsinə  təyin olunmuşdur. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra “Azərittifaq”ın Tədris-metodiki kabinetində metodist vəzifəsinə təyin olunmuşdur. 1984-2006-cı illərdə “Azərittifaq”ın Kadrlar, Tədris Müəssisələri və Təşkilat işi İdarəsində təlimatçı, baş təlimatçı, rəis müavini vəzifələrində, 2006-2011-ci illərdə isə həmin idarənin rəisi vəzifəsində işləmişdir. 2001-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində baş müəllim kimi pedoqoji fəaliyyət göstərmişdir. 2011-ci ildə “Azərittifaq” İdarə heyətinin qərarı ilə Bakı Biznes və Kooperasiya Kollecinin direktorunun I müavini vəzifəsinə təyin olunmaqla hal-hazırda həmin vəzifədə işləyir.

Ailəlidir, 2 övladı var.

 

Zerdab.com