www.zerdab.com saytı bildirir ki, “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab rayonunda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azər Məmməd oğlu Cəfərov əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan SSR Vəkillər Kollegiyası 1 saylı hüquq məsləhətxanasında vəkil kimi başlayıb. Elə həmin il Azərbaycan SSR Ədliyyə Nazirliyi Xalq Təsərrüfatında hüquq işi və vəkillik idarəsində böyük məsləhətçi təyin olunub. 1983-cü ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin rəhbərliyi yanında icraya nəzarət üzrə böyük məsləhətçi vəzifəsinə yüksəlib. 1984-cü ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi Məhkəmə orqanları idarəsinin böyük məsləhətçisi olub. Azər Məmməd oğlu Cəfərov 1985-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi Məhkəmə orqanları idarəsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistika şöbəsinin rəisi, 1986-cı ildə Bakı Şəhər Prokurorluğu Məhkəmələrdə cinayət işlərinə baxılması üzərində nəzarət şöbəsinin prokuroru, 1990-cı ildə Bakı Şəhər Prokurorluğu Məhkəmələrdə cinayət işlərinə baxılması üzərində nəzarət şöbəsinin rəisi vəzifələrində çalışıb. 1992-ci ildə Bakının Binəqədi rayonunun prokuroru olub. 1999-cu ildə Bakının Nərimanov rayon prokuroru təyin edilib. 2000-ci ildə isə Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi təminat şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 2001-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi təminat şöbəsinin rəisi, 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-analitik idarəsinin rəisi təyin edilib. 2006-cı ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-nəzarət baş idarəsinin rəisi olub.
Azər Məmməd oğlu Cəfərov 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adını alıb. Evlidir, 2 övladı var.
P.S www.zerdab.com saytı xatırladır ki, bu məlumatlardan istifadə edərkən sayta istinad etmək zəruridir.
halaldı
Comments are closed.