Həsən bəy Zərdabinin yubileyi Zərdabda necə keçiriləcək?

0
49

Xəbər verdiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) 170 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi birlikdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bəs bu sərəncamla əlaqədar Zərdab rayonunda hansı işlər görüləcək? www.zerdab.com saytı bu mövzuda araşdırma aparıb. Məlum olub ki, milli mətbuat qurucusunun yubiley tədbirləri doğulduğu torpaqda -Zərdabda da tədbirlərlə qeyd  olunacaq. Belə ki, Zərdab rayon İcra Hakimiyyəti bu məsələ ilə əlaqədar tədbirlər planı hazırlayıb. Plana əsasən, məktəblərdə, kitabxanalarda, rayonun mədəniyyət evində, bütövlükdə bütün dövlət idarələrində yubley tədbirləri keçiriləcək. Bununla əlaqədar artıq hazırlıq işlərinə başlanılıb.

www.zerdab.com