Bakı Dövlət Universitetinin dosenti, həmyerlimiz Rafiq Qurbanov

3
65

www.zerdab.com saytının məlumatına görə, Rafiq Qurbanov 1941-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olub. 1965-1969-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil alıb. 1970-1972 -ci illərdə Zərdab rayonunun Əlvənd kənd orta məktəbində tarix müəllimi işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində baş laborant işləyib. 1973-1976-cı illərdə “SSRİ tarixi” kafedrasının dissertantı olub. 1980-ci ildə “Azərbaycanda xalq maarifinin inkişafı (1962-1970-ci illər, ümumi orta təhsilə keçid)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1992-ci ildən “Türk və Qafqaz xalqları tarixi” kafedrasında müəllim, baş müəllim və dosent işləyir. Hazırda Tarix fakültəsində tarix və Regionşünaslıq – Qafqazşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə “Qafqaz tarixi”, Regionşünaslıq – Qafqazşünaslıq ixtisası tələbələrinə “Gürcüstan tarixi” və “Dağıstan tarixi” fənlərini tədris edir. 17 məqalənin, 1 dərsliyin, 1 dərs vəsaitinin və 2 proqramın müəllifidir. www.zerdab.com saytının kollektivi istedadlı həmyerlimizə həm iş, həm də ailə həyatında uğurlar arzulayır.

www.zerdab.com

3 ŞƏRH

Comments are closed.