İsaməddin Əhmədov yazır: “Ağlama bülbül, ağlama”
AĞLAMA BÜLBÜL...
Allı-güllü bağlar soldu,
Keçən keçdi, olan oldu,
Nə dedim ki, gözün doldu,
Ağlama bülbül, ağlama.
***
Tanrıdır taxta mindirən,
Həm qaldıran, həm endirən,
Dərddi səni dilləndirən,
Ağlama bülbül, ağlama.
***
Qərənfil, sil göz...
Kim nə deyirmişsə, düzüymüş, Allah
MƏNİM ÜMİDLƏRİM BUZUYMUŞ
Çox da bel bağlama, fanidi dünya,
Ötəri, keçici, anidi dünya.
Nə qədər can alıb,--canidi dünya...
Kim nə deyirmişsə, düzüymüş, Allah.
***
Bir vaxt dünya mənə çox şirin...
“Qoyma bu sevgini, qoyma tabuta”
Günlər ötüb gedir, gətirir ili,
Dərd məni öldürür ay el gözəli,
Vallah, belə getsə, olaram dəli,
Kimi var, dəlinin əlindən tuta,
Qoyma bu sevgini, qoyma tabuta.
***
Hələ ki, Günəş...
Göz yaşların mübarək, Şəhid balası
Şəhid balası
Mübarək deyə bilmədim,
Döşündən asılan medalına, şəhid balası.
Göz yaşların mübarək olsun!
Boyuna biçilən bir ömürlük həsrətin, acıların,
Sabahlara uzanan ehtiyacların
Mübarək olsun, şəhid balası!
Əyninə geydiyin bu təmtəzə...
MƏHƏBBƏT LAÇINSIZ KÖÇDÜ DÜNYADAN
O bülbül cəh-cəhli, o xoş avazlı,
O Vətən həsrətli, ürəyidağlı,
Ömür-gün yaşadı qaralı-ağlı.
Ona qan ağlayır şikəstə, muğam,
Məhəbbət Laçınsız köçdü dünyadan.
***
Kim oxuyacaqdı “Laçınım mənim”,
Onsuz darıxacaq “İlk məhəbbətim”...
Ürəyimdə beş qadın var…
Əliyev Əlniyyət Məhəmməd oğlu. Zərdab rayon Xanməmmədli kəndində anadan olmuşdur. Bakı şəhəri Mədəni-Maarif Texnikumunu bitirmişdir. 1977-ci ildə Zərdab şəhər Zərdab Rayon Mədəniyyət Evinin bədii-rəhbəri vəzifəsində çalışır....
İsaməddin Əhmədov: “Bilmirəm nə işdi başıma gəldi”
Bilmirəm nə işdi başıma gəldi,
Baharda getmişdi, qışıma gəldi,
Qarda lüt gəzsə də, xoşuma gəldi,
Bu gözəl bu qışdan qisasın aldı.
***
Çalışdı, vuruşdu haqqı yolunda,
Dərrakə başında, qüvvət qolunda,
Bir...
Beşikdən başlanan həyat yolumuz
Körpələr möhtacdı ana südünə
Laylamız çalınıb beşik başında,
Beşikdə böyüyüb, dil açmışıq biz.
Beşik necə qalıb de, yaddaşında?
Ordan pərvazlanıb, qol açmışıq biz.
***
Kim deyir, beşiyin dövranı gedib?
Beşiyi tutmayaq...
Gedənlər gileyli, gələn gileyli
A DÜNYA
Gedənlər gileyli, gələn gileyli,
Yaman danışırlar səndən, a dünya.
Əlhəzər eləyib qan ağlayırlar,
Baş açmaq olmayır qəmdən, a dünya.
Pozulub mizanı tərəzi, daşın,
Gözünü tökürsən, düzəldib qaşın.
Bəxti qara...
Siz Allah xətrimə dəyməyin bu gün
Taleyim üzümə gülüb bu axşam,
Qaranlıq könlümə işıq salıb şam,
Dəvətli, dəvətsiz, - gəlib çıxmışam,
Qoyun bir doyunca əylənim, gülüm,
Siz Allah, xətrimə dəyməyin bu gün.
***
Puç oldu gəncliyim...
FƏRQANƏ MİSGƏRQIZI: “CANIM AZƏRBAYCANIM”
Fərqanə Misgərqızı Zərdab şəhərindəki 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. “Könlüm haraylar səni” şeirlər kitabının müəllifidir. Bu günlərdə həmyerlimiz öz...
Sənsiz bütün günüm qüssə, kədərdi
A N A
Məni bu dünyaya bəxş edən insan,--
Ömrümə gül-çiçək qatarsan, ana!
Gecədən sübhədək başımın üstə,
Şam təki əriyib yanarsan, ana!
***
Tükənməz qəlbimdə ana sevgisi,
Müqəddəsdir onun hər bir...
İsaməddin Əhmədov: “Bağışla Şuşam, bağışla”…
Aldandım şirin dillərə,
Verdim səni yad əllərə,
Üz tutdum qürbət ellərə,
Bağışla Şuşam, bağışla.
***
Yandırdılar, sönəmmədim,
Dərd dağından enəmmədim,
Heyif, sənə dönəmmədim,
Bağışla Şuşam, bağışla.
***
Közüm yanıb külüm oldu,
Vaxtsız solan gülüm oldu,
Bizə...
İstəyirəm gedib görəm Qarabağım nə gündədi
İSTƏYİRƏM ƏSGƏR OLAM
İstəyirəm əsgər olam, silah alam əllərimə,
“Allahu əkbər” deyərək, gedəm düşmən üzərinə.
Boz qurd olub qorxmazlığı salsam, əgər ürəyimə,
Türkün gücün göstərərəm mən erməni köpəyinə.
***
İstəyirəm...
ADAMIN BƏXTİNƏ NAŞI DÜŞƏNDƏ…
Qız var, qarıdan da urvatsız olur,
Ev var, arvadlı da arvadsız olur,
Kişi on oğulla övladsız olur,
Başına dünyanın daşı düşəndə.
****
Çəksən də üstünə poladdan sipər,
Min ilə qurulan...
Hacı dayı: “Hayındı elə billəm it aparıtdı”
Müğənni Teymur Əmrahdan soruşurlar:
- Nə vaxtdan müəllimlik etmirsiniz?
- Görəndə ki, konservatoriya şadlıq evlərinə tələbə hazırlayır, daha müəllimlik etmədim,- deyə o cavab verir.
***
Yoxlamaya gəlmiş müfəttiş...
Ey Məmmədşah, yaş tökməyin, ah-nalənin faydası nə?
MƏMMƏDŞAH MƏHƏMMƏDOV
Zərdab rayonu, Bıçaqçı kəndi.
Gör nə əzab ilə ömür yetir başa, can üstəyəm,
Fərmanımı vermiş fələk, yatağımda yan üstəyəm.
***
Yaralanmış qartal kimi çevrilməyə amanım yox,
Tənha, ölüm...
Tarixlərdə şöhrəti var torpağımın
TORPAĞIMIN
Yaranışdan daş-qaş olub hər zərrəsi,
Tarixlərdə şöhrəti var torpağımın.
Şölə salıb ürəklərə xəzinəsi,
Qucaq-qucaq neməti var torpağımın.
***
Ulu Tanrı qarşısında ağdı üzü,
Zalımların sinəsinə oxdu sözü,
Çalxansa da sağa-sola dövran...
İsaməddin Əhmədov: “Bəsdi dözümümü yoxladın dünya”
MƏNİM DEYİLƏSİ SÖZÜM QALMAYIB
Mənim deyiləsi sözüm qalmayıb,
Sən mənim dilimi bağladın, dünya,
Mən doğulan günü hamı sevindi,
Sən mənim günümə ağladın, dünya.
***
O gecə sel gəldi, qara yel...
Bizim “Sevgililər Günümüz” ölüb
Zamiq Maarif oğlu Abdullayev (Zərdabi) – Zərdab şəhərində anadan olub. İlk şeirlərini 10 yaşında yazmağa başlamışdır. Bakı Dövlət Uniersitetinin Tarix fakultəsini bitirmişdir. Hazırda Zərdab...
Tanımırıq Tanrımızı
Ömür kecir, yaş ötüşür,
“Hələ vaxta var”, deyirik.
Zamanı bölə bilmirik,
“Əynimizə dar”, deyirik.
Tanımırıq Tanrımızı,
Gözləmirik abrımızı.
Düz secmirik yarımızı,
Yarımaza “yar” deyirik.
Düzü yanlış düzənlərə,
Haqqa dodaq büzənlərə,
Hec nə üstə küsənlərə,
Bircə...
Dözün bir az…
Mən öləndə ağlamayın,
Göz yaşından bezin bir az.
Qırx günlük yas saxlamayın,
Tez qurtarsın hüzn bir az.
***
Bir az da mənsiz yaşayın,
Kədərsiz, qəmsiz yaşayın.
Yadigarımsız yaşayın,
Yoxluğuma dözün bir az.
***
Ölüm...
Məəttəl qalmışam işinə Dünya
Dünya
Həqiqət zəhərdən acıdır-acı,
Heç kəsin gəlmirsən xoşuna Dünya.
Məhvərindən qopub hara gedirsən?
Kimlər su caladı aşına Dünya?
***
Sürməni gözə yox, qaşa çəkirsən,
Ağzı küt bıçağı daşa çəkirsən,
Nadanı...
İsaməddin Əhmədov yazır: “Bu evin sahibi hardadı, Allah”
Çağırdım, gəlmədi kimsənin səsi,
Bu evin sahibi hardadı, Allah,
Hardadı bu yazıq Allah bəndəsi,
Üstünü qar alan “ZAP”ı kimindi,
İlahi, bu bağlı qapı kimindi?
***
Bəlkə də bir qara gözə...
Atam bu dünyadan köçənə qədər
Arxasız bilmədim heç vaxt özümü,
Atam bu dünyadan köçənə qədər.
Yaşlı görməmişdi kimsə gözümü,
Atam bu dünyadan köçənə qədər.
***
Qapımı döysəydi əgər ehtiyac,
Tapardı dərdimə o anda əlac,
Fələk də...
İsaməddin Əhmədov: “Pula qulluq qorxuludur”
BU ƏZABDAN QURTAR MƏNİ...
Ey hər şeyi bilən Allah,
Qəlbdən qəmi silən Allah,
Çağıranda gələn Allah,
O günlərə qaytar məni.
***
Əzab verir qarğış-qada,
Təkcə sənsən çatan dada,
Ya şəfa ver, öldür...
İndi nə o qar var, nə o həyət…
Uşaq vaxtı qartopum tez-tez o qızgilin həyətinə düşərdi...
O da gətirib mənə qaytarardı... Bilərdim ki, mənim qartopum deyil. Özü düzəldib, guya mənimkidi deyə mənə gətirmək...
Elə bilmə quru sözdü məhəbbət
M Ə H Ə B B Ə T
Məhəbbət – Xaliqin yaratmaq eşqi,
Elə bilmə quru sözdü məhəbbət,
Adəmin dövründən bu günə kimi,
Bəşərin qəlbində gəzdi məhəbbət.
Doğulur bizimlə...
İsaməddin Əhmədov: “Qardaş, tamarzısan yurda, vətənə”
AĞLAMA
Zərdabda məskunlaşan şair dostum Laçınlı Tapdıq Qorçuluya.
Qorçulu, dünyanın döz möhnətinə,
Ovsa da içini dərd-qəm, ağlama,
Heç dözə bilmirəm yad töhmətinə,
Sən də edib mənə sitəm, ağlama.
***
Qardaş, tamarzısan...
Qorxuram duralar üzümə, Allah
HƏR GÜN ƏRİYİRƏM, HƏR GÜN ÖLÜRƏM
Əl açıb göylərə yalvarıram mən,
Möhtac et özümü özümə, Allah,
Ölüm şərbətimi göndərənədək,
Dəymə ağılıma, gözümə Allah.
***
Nahaqqa düşmənəm, haqqa yançıyam,
Əyri kəslər üçün...
İsaməddin Əhmədov yazır: “İLK MƏHƏBBƏT XATİRƏDİ…”
İlk məhəbbət xatirədi,
Kim tapa, kim itirədi,
Dedim, ürəyim titrədi,
Yaddaşdan da silmək olmur.
***
Şeytandı, girdi araya,
Baxıb, ağ dedin qaraya,
Canmı dözər bu sevdaya?
Neyləyim ki, ölmək olmur.
***
Şeytan mənim...
“Yenə yuxularda görürəm səni”
Yenə yuxularda görürəm səni,
Solğun bənizinlə yenə gülürsən,
Yenə başındadır cavanlıq dəmi,
Bəlkə də xoşbəxtsən elə bilirsən.
***
Sən daş-qaş içində, gözü nəmlisən,
Min ilin kədəri yağır üzündən,
Elə fikirlisən, elə...
Doğulub bu ildə, ölüb bu ildə…
Havadan asılı Yer kürəsində
Bu gündən sabaha etibar yoxkən,
Çoxları cah-cəlal, var həvəsində,
Haram əməllərdən çəkinmir nədən?
***
Halalla haramın fərqi görünmür,
Sonadək bu yükü daşımaq olmaz,
Nə yaxşı, bazarda satılmır...
Üşüyüb, qəlbimə dolur çiçəklər
Bürkün, toz-dumanın aldı canımı,
Əlvida qızmar yay, salam, soyuq qış,
Sənə də inamım qalmayıb daha,
Evdə ları xoruz, çöldə toyuq qış.
***
Sən gəldin, bağımda soldu çiçəklər,
Üşüyüb, qəlbimə doldu...


