Ey Məmmədşah, yaş tökməyin, ah-nalənin faydası nə?
MƏMMƏDŞAH MƏHƏMMƏDOV
Zərdab rayonu, Bıçaqçı kəndi.
Gör nə əzab ilə ömür yetir başa, can üstəyəm,
Fərmanımı vermiş fələk, yatağımda yan üstəyəm.
***
Yaralanmış qartal kimi çevrilməyə amanım yox,
Tənha, ölüm...
Vəzir də yalvarır hər gün Rəbbinə…
Oxucuların istək və müraciətlərini nəzərə alaraq, www.zerdab.com saytı daha bir yeniliyə imza atır. Belə ki, saytımız rayonumuzun qələm əhlinin yazıb yaratdıqlarını oxuculara təqdim edir....
Zərdabın Pənah Ağası…
Pənahı yad edin, ey sinəsi dağlı kəslər...
PƏNAH ABDULLA AĞA OĞLU ABDULLAZADƏ.
Abdulla ağanın bütün övladları, o sıradan oğlu Pənah ağa Zərdabdan Sibir çöllərinə, uzaq Qırğızıstan...
Gecələrdə gizli qalan həmyerlimiz – Əzimə Ağalarova
Azərbaycan Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın təşkilatçılığı ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) məzunu,Almaniyada...
PUL GÖRƏNDƏ HALLANIRIQ
Pul görəndə hallanırıq,
Yeyib-içib yallanırıq,
Pula sarı tullanırıq,
Bu bazar pul bazarıdır.
Dartılırıq qulaq kimi,
Göz yaşımız bulaq kimi,
Yüklənirik ulaq kimi,
Bu bazar çul bazarıdır.
Qəm-qüssədən çıxır canım,
Bilinmir hələ ünvanım,
Ərin atıb...
Mən belə şeirlər yazmıram
Mənə nə deyirsən, bəyi təriflə,
Yaşa bu dünyada ləzzətlə, keflə,
Birinə həcv yaz, birin həriflə, --
Mən belə şeirlər yazmıram axı!
Mən necə çirkinə “gözəlsən” deyim?
Hər çızmaqaraya “qəzəlsən”...
İsaməddin Əhmədov: “Bağışla Şuşam, bağışla”…
Aldandım şirin dillərə,
Verdim səni yad əllərə,
Üz tutdum qürbət ellərə,
Bağışla Şuşam, bağışla.
***
Yandırdılar, sönəmmədim,
Dərd dağından enəmmədim,
Heyif, sənə dönəmmədim,
Bağışla Şuşam, bağışla.
***
Közüm yanıb külüm oldu,
Vaxtsız solan gülüm oldu,
Bizə...
Siz Allah xətrimə dəyməyin bu gün
Taleyim üzümə gülüb bu axşam,
Qaranlıq könlümə işıq salıb şam,
Dəvətli, dəvətsiz, - gəlib çıxmışam,
Qoyun bir doyunca əylənim, gülüm,
Siz Allah, xətrimə dəyməyin bu gün.
***
Puç oldu gəncliyim...
Dözün bir az…
Mən öləndə ağlamayın,
Göz yaşından bezin bir az.
Qırx günlük yas saxlamayın,
Tez qurtarsın hüzn bir az.
***
Bir az da mənsiz yaşayın,
Kədərsiz, qəmsiz yaşayın.
Yadigarımsız yaşayın,
Yoxluğuma dözün bir az.
***
Ölüm...
İsaməddin Əhmədov yazır: “Bu evin sahibi hardadı, Allah”
Çağırdım, gəlmədi kimsənin səsi,
Bu evin sahibi hardadı, Allah,
Hardadı bu yazıq Allah bəndəsi,
Üstünü qar alan “ZAP”ı kimindi,
İlahi, bu bağlı qapı kimindi?
***
Bəlkə də bir qara gözə...
Zərdablı şairənin yeni kitabı çapdan çıxıb
ZƏRDABLI ŞAİRƏNİN YENİ KİTABI: “ALDANMIŞ BİR ÜRƏYİN HƏRARƏTİ”
Zərdablı şairə Sevil Gültənin “Bir aldanmış ürəyim var” adlı yeni şeirlər kitabı çapdan çıxıb. Kitabda Sevil xanımın...
Haqq yolunda dayanıb, haqqa fəda oldu Əli
Kərəmullahi vəchə təkcə onun qismətidir,
Tarixi-islamda bu gün bu adla qaldı Əli.
Səkkiz il öncə hamıdan, ilqar-iman elədi,
Rəsuli-Əkrəm ilə birgə namaz qıldı, Əli.
Rəbbim ad verdi ona,...
Qorxuram duralar üzümə, Allah
HƏR GÜN ƏRİYİRƏM, HƏR GÜN ÖLÜRƏM
Əl açıb göylərə yalvarıram mən,
Möhtac et özümü özümə, Allah,
Ölüm şərbətimi göndərənədək,
Dəymə ağılıma, gözümə Allah.
***
Nahaqqa düşmənəm, haqqa yançıyam,
Əyri kəslər üçün...
Kürlə yarışan nəğmələr
Hərdən mənə elə gəlir ki, Əli Kərim poeziyamızın çətin yoluna qəfil və gözlənilməz tufan kimi birdən-birə, ən uzaq səfərə getməyə qadir köhlən at belində...
Bizim “Sevgililər Günümüz” ölüb
Zamiq Maarif oğlu Abdullayev (Zərdabi) – Zərdab şəhərində anadan olub. İlk şeirlərini 10 yaşında yazmağa başlamışdır. Bakı Dövlət Uniersitetinin Tarix fakultəsini bitirmişdir. Hazırda Zərdab...
Yellərə vermişəm mən o illəri
Bir zaman adınla titrəyən qəlbim
İndi lal-kar olub, qalıb duyğusuz.
Hər gecə yuxumda səni görərdim,
İndi gözlərim də qalıb yuxusuz.
***
Sənə ümid ilə uzanan əllər
Ömürlük tutubdur başqa əlləri.
Uzun...
Ayrılıq dediyin nədi ki, gülüm
Dedik addımlayaq bu uzun yolu,
Bəs niyə qoyursan yarıda məni?
Dostlar da vəfasız, o da vəfasız,
Görmədim birisi yarıda məni.
Geriyə boylanıb gördüm ki, artıq,
Ömrümün yarısı yetibdi, gülüm!
İstədim...
Tənha qaranquş
Qaranquş adəti üzrə evin ətrafına bir neçə dövrə vurub sevinclə hündür bir yerə qonaraq cəh-cəh vurmağa başladı. Sonra sürətli bir enişlə illərdir yumurta qoyduğu,...
Vaxt gələr, onlar da ağlayar, inlər…
ALLAHI UNUDAN, ŞEYTANI DİNLƏR
Nankor övladlar var, atasın atıb,
Zalım analar var, balasın satıb,
Ay Allah, dünyanın sonumu çatıb?
İnsan bu ağılla hayana gedir?
***
Ahıl qaynananı döyür gəlinlər,
Allahı unudan,...
Zərdabın Təzəkənd kəndində dünyaya gəlib…
Hər dəfə Bakıdan Moskvaya qayıdarkən keçirdiyim hissləri açıqlamaqda acizəm. Tək onu deyə bilərəm ki, hər qayıdışda camadanımdakı yükün yarıdan çoxu kitab olur və dostlarımın...
Dur ayağa, gedək evə
HƏSRƏT NƏĞMƏSİ
Eşitmirəm səsini,
Duymuram nəfəsini.
Qərib kimi
boylanıram
gah o yana, gah bu yana,
Sənsiz yaman
darıxmışam, ay ana!
Dayanıb
yol ayrıcında
Ta yolumu gözləyən yox,
Addımımı
izləyən yox.
Ayağımı cızan çöpü
daş bilərdin,
Şeh düşəndə
çəmənliyə,
Paltarımı
yaş bilərdin.
Gör, nə...
İsaməddin Əhmədov: “Bilmirəm nə işdi başıma gəldi”
Bilmirəm nə işdi başıma gəldi,
Baharda getmişdi, qışıma gəldi,
Qarda lüt gəzsə də, xoşuma gəldi,
Bu gözəl bu qışdan qisasın aldı.
***
Çalışdı, vuruşdu haqqı yolunda,
Dərrakə başında, qüvvət qolunda,
Bir...
Ərizəbaz
Məzahir Qarayev Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. Bakı şəhərində
yaşayır. Bu günlərdə “Təmsillər” adlı kitabı işıq üzü görüb. Müəllif təmsillərdən bəzilərini www.zerdab.com saytına təqdim...
Dünya dönməz yaman yönə nahaqdan
1990-CI İLLƏRDƏ YAZILAN ŞEİR
Seyidağa Yusifov Zərdabın Bıçaqçı kəndində yaşayıb-yaradırdı.
1980-ci illərin sonlarında SSRİ dövlətinin rəhbəri Mixail Qorbaçovun "perestroyka"sı (“yenidənqurma”sı) və “qlasnost”u (“aşkarlıq”ı) tüğyan edəndə Seyidağa...
MƏHƏBBƏT LAÇINSIZ KÖÇDÜ DÜNYADAN
O bülbül cəh-cəhli, o xoş avazlı,
O Vətən həsrətli, ürəyidağlı,
Ömür-gün yaşadı qaralı-ağlı.
Ona qan ağlayır şikəstə, muğam,
Məhəbbət Laçınsız köçdü dünyadan.
***
Kim oxuyacaqdı “Laçınım mənim”,
Onsuz darıxacaq “İlk məhəbbətim”...
Doğulub bu ildə, ölüb bu ildə…
Havadan asılı Yer kürəsində
Bu gündən sabaha etibar yoxkən,
Çoxları cah-cəlal, var həvəsində,
Haram əməllərdən çəkinmir nədən?
***
Halalla haramın fərqi görünmür,
Sonadək bu yükü daşımaq olmaz,
Nə yaxşı, bazarda satılmır...
Kim nə deyirmişsə, düzüymüş, Allah
MƏNİM ÜMİDLƏRİM BUZUYMUŞ
Çox da bel bağlama, fanidi dünya,
Ötəri, keçici, anidi dünya.
Nə qədər can alıb,--canidi dünya...
Kim nə deyirmişsə, düzüymüş, Allah.
***
Bir vaxt dünya mənə çox şirin...
Zəhmət çək, ək, becər, ye
BABANIN CAVABI
Bir uşaq babasından
Soruşdu yeməkləri.
Hansılar zərərlidi,
Hansılarsa xeyirli?
***
Baba dedi ki, bala,
Yaxşı deyib atalar,
Zəhmətlə qazanılan
Şor, baldan şirin olar.
***
İnsana çox xeyirdi
Meyvə, göy, hər tərəvəz.
Onları heç bir yemək
Eyləyə...
İsaməddin Əhmədov: “Hər papaq qoyana kişi demirlər”
NƏ YAXŞI DÜNYADI DÜNYA...
Hər ağac gətirən barı yemirlər,
Hər papaq qoyana kişi demirlər,
Həddini aşanda zalım, dinirlər,
Nə yaxşı dünyadı dünya ay Allah.
***
Çox vaxt haqsız sözə əl...
Beşikdən başlanan həyat yolumuz
Körpələr möhtacdı ana südünə
Laylamız çalınıb beşik başında,
Beşikdə böyüyüb, dil açmışıq biz.
Beşik necə qalıb de, yaddaşında?
Ordan pərvazlanıb, qol açmışıq biz.
***
Kim deyir, beşiyin dövranı gedib?
Beşiyi tutmayaq...
Atam bu dünyadan köçənə qədər
Arxasız bilmədim heç vaxt özümü,
Atam bu dünyadan köçənə qədər.
Yaşlı görməmişdi kimsə gözümü,
Atam bu dünyadan köçənə qədər.
***
Qapımı döysəydi əgər ehtiyac,
Tapardı dərdimə o anda əlac,
Fələk də...
Sevgi – azadlıqdan şirin əsarətdir
Həyat ona görə əzizləşir ki, dünyanın hər yeri sənin sevgindən danışır. Dünyanın hər üzü sevgi saxlancıdır, çünki dünyanın harasına baxırsan sevgini görürsən.
Sevmək - insanı...
Bir ağıla qulluq elə edəndə
VALLAH BU BAŞ GƏZDİRMƏLİ BAŞ DEYİL
Ağılsızam ağıllılar yanında,
Ağlım kəsir, gözüm də heç çaş deyil,
Neçə dəfə göz tökmüşəm əlimlə,
Görmüşəm ki, düzəltdiyim qaş deyil.
***
Bir ağıla qulluq...
Cavanlığım gedir əldən
Saçlarımın qarasına
Ağ dən düşür gilə-gilə.
Addımlayır qocalığım,
Gəncliyimə gülə-gülə.
***
Arzum uşaq, qəlbim uşaq,
Saçlarıma qonur sazaq.
Təbiətdə insafa bax,
Zülm eliyir bilə-bilə.
***
Od tökülür gözlərimdən
Hər baxanda aynaya mən.
Cavanlığım gedir əldən
Gündən-günə, ildən-...
Nəfsimiz bizləri oda salıbdı
Dünya malı dünyanınkı olubdu,
Biz isə o varın niyyətindəyik.
Nəfsimiz bizləri oda salıbdı,
Düşmüşük, biz onun söhbətindəyik.
***
Əzəldən olmuşuq tamahın qulu,
Toplayır sərvəti, yığırıq pulu,
Tükənmir nəfsimiz, bağlanmır yolu,
Gedirik, şeytanın...
Ağlıma qəribə fikirlər gəlir
ƏTRİNİN QOXUSU BURNUMA GƏLİR
O gündən bu günə içimdəsənmiş,
Qəlbimdə əvvəlki biçimdəsənmiş,
Mən tənha bildiyim bu can evimi,
Bilməzdim, demə, tərk etməmisənmiş.
***
Ləhcənə, dilinə həsrət qalmışam,
Sənlə çiçəkləyib, indi solmuşam.
Ətrinin...


